Hazırda elə də şən bir dövr deyil. Cəmiyyətin adət etdiyi ritm dəyişib, iş, ünsiyyət rejimi sanki cızığından çıxıb. Ekstravertlər qapalı məkana düşüblər və az qala bundan dəli olmaq dərəcəsinə gəlib çatıblar. İntrovertlər isə ailələri ilə məhdudiyyətsiz əlaqədən şok keçirirlər. Və bundan sonra nələrin olacağı heç kimə aydın deyil. Xəstəlik qorxusu, gələcək qarşısında qorxu, sosial təcrid böyük gərginlik yaradır, biz sanki hansısa piramidanın üzərindən işıq sürəti ilə aşağı sürüşürük.
Beşinci qayda
Biz çox vaxt yaşadığımız həyəcanı bir növ söndürmək istəyirik. Həmin səbəbdən adamlar “tez təsir edən ağrıkəsici həblərdən”: alkoqol, qida və s. istifadəyə başlayırlar. Yekunda belə olur: tort tikəsini yedin – sürətlə zövq aldın, sonra isə yenidən hər şey pis oldu. Reallıq dəyişilməz qalır, hər bir növbəti tort tikəsindən sonra effekt daha da azalır, təbii ki, həm də artıq kilolar qazanırsan.
Böhran şəraitində stress - menecmentin yeddi qaydası (1-ci hissə)
Böhran şəraitində stress-menecmentin yeddi qaydası (2-ci hissə)
Üstəlik zərərli qida ilə bağlı təqsirlilik hissi də baş aldırır. İnsan ümidsizliyə qapılır və daha çox yeməyə başlayır, psixika isə dönməz şəkildə aşınmaqda davam edir. Ona görə, indi “ağrıkəsici” qəbul etmək əvəzinə bu vəziyyətdən necə çıxmağa hazırlaşmaq gərəkdir.
Zehninizə zərər verən narahatlıq blokerlərini qoparıb atmağa çalışın. Əlbəttə, bəzən elə etmək lazım gəlir, lakin, indi bu yalnız orqanizmin resurslarının tükəndirilməsidir.
Altıncı qayda
Nitşe deyib: “Əgər insan “nə üçün” olduğunu bilsə, istənilən şeyə davam gətirə bilər”. Və əgər biz hər şeyi niyə etdiyimizi başa düşsək, bizdən ötrü hər şey daha da sadələşər.
Nədən ötrü təcriddə olmağınızla bağlı özünüzdə bir fikir formalaşdırın. Bunlardan biri – neqativ nəticələri özünüzdən uzaqlaşdırmaqdır. Belə bir suala cavab verin: “Əgər mən bunu etməsəm, nə baş verəcək?”
Yeddinci qayda
Məqsədimiz olan hər hansı bir fəaliyyəti daha şüurlu və enerji cəhətdən yaşayırıq. Özünüz üçün müsbət bir şəkildə bir hədəf formalaşdırın: bu karantindən necə çıxacağam. Onu qeyd edin. Və bütün enerjinizi bu məqsədə çatmağa yönəldin.
Stressli vəziyyətlərdə özünüzə bir qədər çox vaxt ayırın. Xüsusilə də əgər çiyinləinizdə digər adamların – ailənizin və ya əməkdaşlarınızın da qayğısı varsa.
Tarix : 19.01.2022
Baxışların sayı: 7257