Böhran şəraitində stress - menecmentin yeddi qaydası (1-ci hissə)
Hazırda elə də şən bir dövr deyil. Cəmiyyətin adət etdiyi ritm dəyişib, iş, ünsiyyət rejimi sanki cızığından çıxıb. Ekstravertlər qapalı məkana düşüblər və az qala bundan dəli olmaq dərəcəsinə gəlib çatıblar. İntrovertlər isə ailələri ilə məhdudiyyətsiz əlaqədən şok keçirirlər. Və bundan sonra nələrin olacağı heç kimə aydın deyil. Xəstəlik qorxusu, gələcək qarşısında qorxu, sosial təcrid böyük gərginlik yaradır, biz sanki hansısa piramidanın üzərindən işıq sürəti ilə aşağı sürüşürük.
Ona görə fəal fəaliyyət üçün, qüvvələri saxlamaqdan ötrü daha çox özünütənzimləmə məsələləri ilə məşğul olmaq lazımdır.
Birinci qayda
Stress – orqanizmin xarici mühitin dəyişikliyinə adaptiv reaksiyasıdır. Və belə dəyşikliklər nə qədər çox olursa, adaptasiya üçün daha çox enerji lazım gəlir. Özümüz üçün edə biləcəyimiz şey – bu, vərdiş etdiyimiz ritmi dəstəkləməkdir. Saat neçədə yatmaq və yuxudan qalxmaq, nahar vaxtı və təxmini qida miqdarı. Öz bioritminizin qayğısına nə qədər çox qalsanız, bu, psixikanız üçün daha yüngül olacaq.
Ona görə, gecə vaxtı baxdığınız seriallar və ya fasiləsiz gündəlik çalışmalar bizləri öz məhvərimizdən çıxarır və aşındırır. Və əgər orqanizmin enerjisi yoxdursa, o, uyğunlaşa bilmir.
Eyni zamanda xəstəlik stressə gecikmiş bir cavab olacaq. Karantindən çıxmaq üçün aktivliyə hazırlıqlar əvəzinə, biz daha da zəifləyirik. O səbəbdən özümüzə daha diqqətli münasibət sərgiləməliyik.
Böhran şəraitində stress-menecmentin yeddi qaydası (2-ci hissə)
İkinci qayda
Bütün baş verənlər həddən ziyadə mürəkkəb hisslər, qorxular, aqressiyalar və həyəcanlar doğurur. Və bütün bunlarla birlikdə yaşamağı öyrənmək lazımdır. Onu nə qapamaq, nə inkar etmək olur və nə də ondan gizlənmək mümkündür, sadəcə həyəcanın olmasına yumşaq yanaşmaq və onu “özünüzdən” kənarlaşdırmağı bacarmaq lazımdır.
Yəni, etiraf etmək lazımdır: “Bəli, mən varam, mən həmin hissi keçirirəm” və özünüzü öz hisslərinizdən ayırmaq”.
Həyəcanı təsvir etmək, onunla danışmaq mümkündür. Onun dərinliyinə baş vurmaq və ondan uzalaşmaq lazım deyil. Əgər sizə lap çətindirsə - onda yardım üçün psixoterapevtə müraciət edin. Peşəkar sizə öz hisslərinizi dərk etməkdə və onları yaşamaqda kömək edə bilər.
Tarix : 10.01.2022
Baxışların sayı: 7972