Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Böhran şəraitində stress-menecmentin yeddi qaydası (2-ci hissə)

Böhran şəraitində stress-menecmentin yeddi qaydası (2-ci hissə)

Hazırda elə də şən bir dövr deyil. Cəmiyyətin adət etdiyi ritm dəyişib, iş, ünsiyyət rejimi sanki cızığından çıxıb. Ekstravertlər qapalı məkana düşüblər və az qala bundan dəli olmaq dərəcəsinə gəlib çatıblar. İntrovertlər isə ailələri ilə məhdudiyyətsiz əlaqədən şok keçirirlər. Və bundan sonra nələrin olacağı heç kimə aydın deyil. Xəstəlik qorxusu, gələcək qarşısında qorxu, sosial təcrid böyük gərginlik yaradır, biz sanki hansısa piramidanın üzərindən işıq sürəti ilə aşağı sürüşürük. 

Üçüncü qayda

Biz, insanlar, həm özümüzün, həm də başqalarının emosiylarını hiss edirik. Həyatda biz istər yaxın doğmalarımız (dostlar, qohumlar) olsun, istərsə də şəxsən tanış olmadığımız yad adamlarla, yəni, böyük sayda sosial əlaqələrlə əhatə olunmuşuq. Hazırda sıx emosional əlaqədə olduğumuz və internetdən tanışlıq əlaqələri qurduğumuz çoxlu sayda tanışlara da malikik.

Və əgər əvvəllər onlar arıqlamaq, fitnes və ya oxunan kitablar barədə reseptlər və məlumatlar haqda söhbətlər edirdilərsə, indi pandemiyadan “necə qorunmaqla bağlı” məsləhətlər verirlər, baxmayaraq ki, onların özləri də bizim kimi həyəcan hissi yaşayırlar. Və bəzən onlar (xüsusilə də isterik şəxslər) öz emosiyalarını bu cür ictimai müzakirələrlə özlərindən uzaqlaşdırırlar.

Biz onların təsiri altına düşə bilərik və öz hisslərimizi deyil, onların hisslərini yaşaya bilərik.


Böhran şəraitində stress - menecmentin yeddi qaydası (1-ci hissə)


Özünüzə sual verin: hansı hissləri yaşamaq istərdiniz. Və özünüz belə hissləri translyasiya edə bilən belə adamlarla əhatə edin. İsterik adamların təsiri altında olmayın. Yoxsa, siz yad bir insanın panik hisslərini yaşaya bilərsiniz.

Dördüncü qayda

Rahatlığı harada və nədə axtarmaq? Stresə qarşı psixikamızın verdiyi reaksiyanın öhdəsindən gəlməkdə axın fəaliyyətimiz kömək edir, hansı ki, bununla biz sürətli nəticələrini görməyə imkan verən müəyyən bir ritmə giririk. İnternet  “şkafları yerbəyer edirəm” kimi məzəli söhbətlərlə doludur, lakin, bu elə diqqətimizin konsentrasiyası üçün ən lazımlı iş növüdür və öz də belə söhbətlər çox tez nəticə verir.

Bu, böyük hesabla mediativ (“fincanı yuyursan – fincan barədə düşün”) texnikadır.

“Axında” özünüzə məşğuliyyət axtarıb tapın. Bu ola bilsin ki, cancıxıcı olsun. Yaradıcı fəaliyyət xüsusi gücə malik olur - şəkil çəkin, toxuma ilə məşğul olun, bir sözlə yaradın.

Özü də axınlar müxtəlif olur, o səni ağuşuna ala bilər və bir mddət sonra sən özünü tapa bilərsən, məs, messencerdən hansısa nəhayətsiz göndərişlər və s. Əgər siz bu axından çıxmaq istəyirsinizsə, sadəcə onu dayandırırsınız. Sosial şəbəkələrdə sizin nəzarətinizdən kənar qalan məqalələri oxumağı dayandırın.

Bu informasiya axınından çıxmağa cəhd edin, “burada və hazırda” fikinə köklənin. Özünüzə baş verənləri emosional dəyərləndirməyən faktlar və rəqəmlər olan xəbərləri seçin. Və öz enerjinizi qoruyun, bu əhvalatlarla dolu tarix başa çatdıqda, o sizə lazım olacaq.

Baxışların sayı: 7789