Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Rəqəmsal dünyada mühasiblərin yeri (5-ci hissə)

Belələliklə, iqtisadi fayda yaradan başlıca elementlər məhsul, marketinq və satışlardır.

Mühasiblər də məhsul üzərində işləyən insanlara aid edilə bilərlər. Lakin, bu, əsas məhsulu müştəri-mühasibat xidməti olan mühasibat şirkətlərinə tətbiq oluna bilər.

Və ya auditor şirkətlərinə - orada ki, əsas xidmət auditorun işi hesab olunur.

Digər şirkətlərdə isə mühasibin rolu təsərrüfat fəaliyyəti faktlarının qeydə alınması, pul axınlarının idarə edilməsi və tənzimləyici orqanlar üçün hesabatların hazırlanmasından ibarətdir.

Xərclər

Məntiq deyir ki, mühasib şirkətlərin məsrəflər hissəsində yer tutub. Ona əməkhaqqı ödənilir, maaş isə - o, xərcdir. Hər şey çox sadədir. Və ya bəlkə belə deyil?

Və əgər belədirsə, onda şirkətlər üçün mühasib elə də böyük əhəmiyyət daşımır.


Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz


Bu məsələ biznes sahibinin düşüncəsinə aid bir məsələdir. Biriləri hesab edirlər ki, mühasib təsərrüfat fəaliyyəti faktlarını qeydə almalı və hesabatları təhvil verməlidir.

Digərləri hesab edirlər ki, mühasibin rolu daha mühümdür.

Və həqiqət haradadır? Bəli, mühasiblıq da digər bölmələr kimi şirkətlərin xərclərində “oturublar”. Lakin, bir əhəmiyyətli “Yox” vardır.

Mühasibat funksiyası mühasibin şirkətin demək olar ki, bütün funksiyaları ilə işlədiyini nəzərə alaraq, yekun maliyyə nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Maliyyə funksiyasının fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o, şirkətin funksiyalarının geniş spektrinə təsir edə bilər. Və nəticə etibarilə mühasibin təsir dairəsi daha genişdir. Mühasib təsir göstərə bilir və deməli, şirkətin xərclərini, vergiləri və nəticədə qazancını idarə edir.

Tarix : 25.04.2022

Baxışların sayı: 303