Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Rəqəmsal dünyada mühasiblərin yeri (4-cü hissə)

21.04.2022 621 baxış

Dünya dəyişir, yeni peşələr yaranır, köhnə peşələr isə dəyişir və ya yox olur. Bu yazıda rəqəmsal dünyada “mühasib”  peşəsinin yerini nəzərdən keçirəcəyik.



Özünün “Reklamdakı həyatım” kitabında Klod ən başlıca şeyi necə dərk etdiyini xatırlatmışdı:



Mühasib xərc maddəsidir. Satıcılara, sifarişi qəbul edənlərə və ya xərcləri aşağı salan istehsalçılara yaxşı ödənişlər edirlər. Onlar gəlir gətirirlər və həmin gəlirdən öz paylarını tələb etmək haqları vardır. Mən biznesin gəlirlər və xərclər tərəfləri arasında fərqi başa düşürdüm və gəlirlər hissəsinə keçmək barədə qərar verdim.



Klod Hopkins, “Reklamdakı həyatım” 1927-ci il



Bir çoxları bununla razılaşmaya bilərlər.



Gəlin, mühasibin dəyərliliyinə digər bir nümunədə diqqət yetirək.



Budur, bizdə maliyyə nəticələri barədə hesabat vardır.



Onun quruluşu çox sadədir, yuxarıda qazanc gəlir, ardınca məsrəflər, sonra vergilər, ən sonda isə gəlirlər yer alıb.



İndi isə belə bir sual verək, mühasib sözügedən hesabatda məhz hansı yerdə dayanır? O, iqtisadi fayda gətirirmi?





Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz





Qazanc



Hara istəyirsən çevir, lakin, mühasib şirkətin qazancına heç bir təsir göstərmir.



Mühasib rəqəmləri idarə edir, amma, gəliri generasiya etmir.



Biznes üçün isə ən başlıca olanı qazancın çoxluğudur.



Qazanc yoxdursa, deməli, biznes də yoxdur. Əgər təsərrüfat fəaliyyətinin ilkin faktları yoxdursa, deməli, qeyd aparmaq üçün də heç nə yoxdur.



Bəs onda şirkətlərin qazancını generasiya edən kimdir?



Məhsul və ya xidmət. Eləcə də məhsulun və ya xidmətin yaradılması və xidmət göstərilməsinə aidiyyatı olan adamlar.



Marketoloqlar



Satıcılar

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →