Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Rəqəmsal dünyada mühasiblərin yeri (2-ci hissə)

“Mühasib” peşəsinin populyarlığı azalır

Ali məktəblər yenə də həmin mühasibləri və iqtisadçıları buraxmaqda davam edirlər. Lakin, bazarın reallıqları öz mövqelərini diktə edir.

Əgər işədüzəltmə ilə əlaqəli saytlarda gənc mütəxəssislərin CV-ləri ilə bağlı statistikaya nəzər yetirsək, belə məlumtları əldə edəcəyik. Ən geniş yayılmış 20 peşə siyahısında mühasib peşəsi 16-cı yeri tutur. İlk beş yeri bu peşələr tutur: satışla məşğul olanlar, məsləhətçilər, administrasiya personalı, IT və mehmanxana biznesi.

Gənc mütəxəssislər bazar reallıqlarının təsirinə adaptasiya olunmaq məcburiyyətində qalırlar. Məzunlar şirkətlərə “kiçik” profilləşdirilmiş mühasibat vakansiyaları ilə deyil, satış şöbələri və administrasiya personalı üzərindən “daxil olurlar”. Sözügedən dəyişiklik effekti bu nəticəyə gətirib çıxarır – məzunun karyera budağı dərhal digər ixtisas üzrə korrektə olunur.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Mühasibat autsorsinq bazarının sürətli yüksəlişi

Son 10 il ərzində mühasibat autsorsinq bazarı sürətlə inkişaf etmişdir. Beləliklə, ən böyük mühasibat şirkətlərinin gəlirlərinin artım tempi ildə 20% -i keçib. Hətta 2014-cü böhranlı ilində belə bu sahə inkişaf etməkdə davam edirdi.

Bu nə deməkdir?

Şirkətlər ştat mühasiblərinin ləğvindən və uçot funksiyasının autsorsa ötürülməsindən fayda götürdüklərini dərk etmişlər. Beləliklə, şirkətlərdə ştat mühasiblərinə tələbat getdikcə azalır.

Digər tərəfdən, autsorsinq şirkətləri üçün mühasiblərə ehtiyac yaranır. Lakin, etiraf etmək lazımdır ki, bu tələb vakansiyaların təklifinin əvvəlki səviyyəsini kompensasiya etmək iqtidarında deyil.

Tarix : 04.04.2022

Baxışların sayı: 707