Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Rəqəmsal dünyada mühasiblərin yeri (1-ci hissə)

Dünya dəyişir, yeni peşələr yaranır, köhnə peşələr isə dəyişir və ya yox olur. Bu yazıda rəqəmsal dünyada “mühasib”  peşəsinin yerini nəzərdən keçirəcəyik.

İnformasiya hay-küyü: mühasiblər daha lazım deyil ki?

Hal-hazırda informasiya məkanı aşağıdakı növdən olan müxtəlif deyimlərlə dolub-daşır:

“mühasiblər daha lazım deyil”

“mühasiblərin sayını 30% ixtisar etmək lazımdır”

“yaxın on il ərzində mühasibin funksiyalarını proqramlar əvəz edəcək”.

Əgər mediadakı bu başlıqlara inansaq, ümumiləşdirə bilərik: “Bizləri robotlar əvəz edəcəklər!”

Hay-küy çoxdur, mühasiblərin sayı isə bundan azalmır. Lakin, necə deyərələr “od olmasa, tüstü çıxmaz”. 


Heç vaxt işsiz qalmayacaq qətiyyətli mühasibin 10 əlaməti


Mühasiblər ordusu

İndi Rusiyada 5 milyon civarında mühasib ordusu var.

Təkcə dövlət qulluğunda çalışan mühasiblərin sayı 1,1 milyon nəfərdən çoxdur.

Əgər məşhur işəgötürmə saytlarında “mühasib” mövqeyi ilə bağlı dərc edilmiş rezume sayına baxsaq, bütün Rusiya boyunca belə CV-lərin sayı 1,26 milyonu ötüb keçir. Əgər nəzərə alsaq ki, namizədlərin böyük əksəriyyəti işə düzəldikdən sonra öz CV-lərini saytlardan silirlər, onda 5 milyon rəqəminə müəyyən qədər inanmaq mümkündür.

Diqqət yetirmək vacibdir ki, biz auditorları, iqtisadçıları və əlaqəli peşələrdən olan digər mütəxəssisləri bu hesablamalara daxil etmirik.

Mühasiblər ordusunun sayı hərbi qüvvələrdə xidmət keçən bütün əsgər, zabit və digər hərbi qulluqçuların sayından iki dəfədən daha çoxdur.

Ölkənin fəaliyyət qabiliyyətli əhalisinin tərkibində mühasiblərin payı 6% civarında dəyişir.

Beləliklə, bəli, mühasiblərin sayı həqiqətən çoxdur.

Tarix : 17.03.2022

Baxışların sayı: 2130