Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Heç vaxt işsiz qalmayacaq qətiyyətli mühasibin 10 əlaməti (5-ci hissə)

15.03.2022 2979 baxış

9-ci əlamət. Beynəlxalq mühasiblər dilində danışır



Bütün dünya üzrə maliyyə mütəxəssislərinin beynəlxalq dili – MHBS-dir. Beynəlxalq standartları bilən mühasib şirkətə dünya bazarına daxil olmağa, rəqabət qabiliyyətli olmağa və xarici investisiyaları cəlb etməyə kömək edəcəkdir. Bəli və MHBS mütəxəssislərinin maaş səviyyəsi də adi mühasiblərinkindən daha yüksəkdir. Belə ki, mühasibin orta aylıq maaşı 40 000 rubldan (600 ABŞ dolları) başlayırsa, MHBS bilikləri olan mütəxəssis 60 000 rubl (900 dollar) və daha yüksək məvacib alır. 



Təcrübədən məsləhət



Ən yaxşısı MHBS üzrə kursları iş saatlarından kənar vaxtlarda keçmək və bitirdikdən sonra sertifikat almaqdır. Təhsil müddəti sizin cari bilik, bacarıq səviyyənizdən, həcmli informasiyanın keyfiyyətindən və mənimsəmə sürətinizdən asılıdır. Fərqli şəhərlərdə təlim proqramları müxtəlif üsullarla tamamlanır, lakin orta hesabla təlimin müddəti 40 ilə 360 saat arasındadır.



10-cu əlamət. Bir neçə şirkətin işini eyni vaxtda aparmaq



Bir mühasib paralel olaraq 10-a qədər şirkətin işlərini apara bilər. Özü də bu zaman heç də hər gün ofisə getməyə lüzum qalmır, bir çox əməliyyatları məsafədən də yerinə yetirmək mümkündür. Başlıcası – sənəd dövriyyəsini düzgün təşkil etmək, köməkçiləri cəlb etmək və hasabatları vaxtında təhvil verməkdir.





Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz





Mühasib bir neçə şirkətin işlərini aparmağa başlayanda peşəkar bacarıqlarını daha sürətlə inkişaf etdirir. Axı o, müxtəlif sənaye sahələri ilə işləyir, bu o deməkdir ki, o, bazarların özəlliklərini tez başa düşməlidir, qanunvericilikdəki dəyişikliklərə əməl etməlidir və s.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →