Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Heç vaxt işsiz qalmayacaq qətiyyətli mühasibin 10 əlaməti (4-cü hissə)

7-ci əlamət. Vaxtında fasilə verməyi bilir və bunun niyə lazım olduğunu başa düşür

İnsanların əksəriyyəti “məhsuldar iş” ifadəsini işlədən zaman gecə-gündüz şən təbəssümlə işləyən bir insanı təsəvvürlərinə gətirirlər. Əslində isə məhsuldarlıq – bu, necə işləməyinizlə bağlı deyil, öz iş qabiliyyətinizi eyni səviyyədə necə saxlamaq, həmin qabiliyyəti necə yenidən gücləndirmək və bərpa etmək bacarığınız barədədir. Əgər siz üç saat ərzində hesabatın üzərində işləyirsinizsə - deməli, nəsə düzgün getməyib. Arada fasilələr etmək lazımdır. Hə, bir də vaxtında məzuniyyətə getmək lazımdır.

Belə bir vəziyyətdən qurtulmaq üçün mühasibə istirahət etmək və güc toplamaq lazımdır. İdealda bunu hesabatlararası dövrdə etmək yaxşıdır. Əgər mühasib yayda istirahət etməyi qərara alıbsa, ən uğurlu zaman – bu, iyun və ya avqust aylarıdır: birinci, I və II rübarası hesabat dövrünə, ikinci isə II və III rübarası dövrə təsadüf edir.   

Təcrübədən məsləhət

Başlıcası – işləri savadlı şəkildə məzuniyyətə qədər etməli olanlara və təcili olmayan işlərə ayırmağı bacarmaqdır. Məsələn, əvvəlcədən bunu etmək olar:

- əgər büdcəyə ödənilməli olan məbləğlər artıq məlumdursa, vergiləri və sığorta haqlarını ödəmək;

-tədarükçülərlə hesablaşmaq;

-mühasibin məzuniyyət dövründə məzuniyyətə çıxmalı olan işçilərə məzuniyyət pullarını ödəmək.

Düzdür, bunu əgər məzuniyyət pullarının ödənilməsi üçün bütün məlumatlar hazır olduqda etmək olar.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz


Hətta əgər nəsə təcili bir şey ortaya çıxarsa belə, buna görə həyəcanlanmağa dəyməz. 1C onlayn həmişə əlinizin altındadır və siz istənilən zaman həmin xidmətə daxil olub, lazım olan əməliyyatı yeinə yetirə bilərsiniz.

8-ci əlamət. Daim analitik bacarıqları artırır

Mühasib böyük həcmdə informasiya axını ilə işləməli olur. Və qərar qəbul edərkən, bu məlumatları təhlil etmək, idarə etmək və onlardan səmərəli istifadə etmək lazımdır. Direktorların əksəriyyəti gələcəkdə bir çox standart mühasibat əməliyyatları və vəzifələrinin avtomatlaşdırılacağından əmindirlər. Mühasibin əsas vəzifəsi isə məlumatların təhlili və onun şirkəti üçün optimal həll yolunun seçimi olacaqdır.

Biz çox vaxt analiz etmək bacarığının təbiət tərəfindən verildiyini və ya olmadığını nəzərdə tutan “analitik zəka” ifadəsindən istifadə edirik. Lakin, bu heç də elə deyildir. Bəli, anadangəlmə meyillilik vardır, kimsə digərindən fərqli olaraq hazırlıqsız təhlil etməyi yaxşı bacarır, amma, bu, ilk növbədə - bacarıqdır. İstənilən bacarığı isə əldə etmək mümkündür. Analitik qabiliyyətlərin inkişafı üzrə tövsiyələri oxuyun, uyğun olanı seçin və hərəkət edin.

Tarix : 14.03.2022

Baxışların sayı: 2965