Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Heç vaxt işsiz qalmayacaq qətiyyətli mühasibin 10 əlaməti (3-cü hissə)

5-ci əlamət. Həmişə öncədən hazırla və bütün tarixləri yadda saxla

Maaşların ödənilməsini, vergilərin köçürülməsini, icarə haqqını və ya digər ödənişləri planlaşdırın ... bunlar tarix, tarix, bir daha tarixdir. Bütün tarixləri yadda saxlamaq və heç vaxt unutmamaq lazımdır. Sadəcə yaddaşa güvənmək çox təhlükəlidir! Əgər siz Google təqvimindəki təqvimdən və ya Bitriks, Maqaplan kimi sistem-planlaşdırıclarından istifadə etsəniz və smartfonunuzda bununla bağlı xatırlatma sistemini qursanız, özünüzü daha rahat hiss edəcəksiniz. Və heç vaxt söylənilən planlaşdırıcılarda işinizi son müddətə saxlamayın. Sizin həmişə fors-major halları üçün ən azından iki gün ehtiyat vaxtınız qalmalıdır.

Təcrübədən məsləhət

1C proqramlarında siz təqvim qura və onu əvvəlcədən qarşıdan gələn hadisəni sizə xatırladan komputer proqramına inteqrasiya edə bilərsiniz. Bu cür parametrlər mühasibin gündəlik işində və çətin hesabat dövründə kömək edəcəkdir.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


6-cı əlamət. Haqlı olduğunu bilir və bunu sübut etməyi bacarır

Mühasibin işi bütünlüklə stresdən ibarətdir: rəhbərliklə problemli məsələləri həll etməli, vergi yoxlaması zamanı mövqeyinizi sübut etməli və investorlar, kreditorlar və səhmdarlarla bunları müzakirə etməlisiniz.

Təcrübədən məsləhət

Mübahisəli situasiyalardan qalib çıxmaq üçün mühasib qarşı tərəfin arqumentləri ilə tanış və məşğul olmalı, öz məlumatını diqqətlə və səhihliklə hazırlamalı, onları  məntiqi bloklara ayırmalı və opponentin diqqətinə çatdırmalıdır. Mahiyyətcə bu – danışıqçı bacarıqlarının “mənimsənilməsidir”. Və burada kimin məhz, peşəkar olduğunu və kimin daha yaxşı olduğunu bilməsindən asılı olur.

Tarix : 09.03.2022

Baxışların sayı: 3298