Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Heç vaxt işsiz qalmayacaq qətiyyətli mühasibin 10 əlaməti (2-ci hissə)

3-cü əlamət. Vaxtını boşuna sərf etmir və bütün prosesləri avtomatlaşdırır

Bu əlamət məntiqi olaraq əvvəlkindən irəli gəlir. Əgər trendləri izləyirsinizsə, başqa nələrin avtomatlaşdırıla biləcəyini dəqiq bilirsiniz. Gözəllik naminə deyil, vaxta güclü qənaət etmək naminə: əgər sizdə 50-70 mövqe üzrə müxtəlif adda sənədlər axını və 10-15 təchizatçı varsa, siz öz həyatınızda təcili şəkildə nələri isə dəyişdirməlisiniz. Əks təqdirdə yalnız ilkin sənədlər sizin bir neçə gün vaxtınızı alacaq.

Təcrübədən məsləhət

Vaxtınıza qənaət etmək üçün məlumatların mühasibat uçotu sisteminə ötürülməsi xidmətindən istifadə edin - Sənədlərin 42Clouds-dan yüklənməsi. Xidmətlə işləmə prosesi üç sadə addımdan ibarətdir: ilkin məlumatların skan edilməsi, məlumatların yoxlanılması və “1C: Müəssisə” verilənlər bazasına yüklənməsi. Mühasibə yalnız məlumatları yoxlamaq, proqramın tanımadığı sahələri doldurmaq və sənədi yerləşdirmək qalır. Bu cür xidmətlər iş vaxtını 70%-ə qədər azaltmağı və yazı səhvlərinin sayını minimuma endirməyə kömək edir.


Heç vaxt işsiz qalmayacaq qətiyyətli mühasibin 10 əlaməti (1-ci hissə)


4-cü əlamət. Məssisənin vergi yükünü necə azaltmağı bilir

Vergiləri qanuni şəkildə necə azaltmağı və vergi müfəttişlərinin diqqətini cəlb etməyən mühasib çox dəyərlidir. Sahibkarlar çox vaxt vergilərdən və mühasibat uçotundan bir şey anlamırlar. Və burada hər şeyi dəyərləndirmək və bir-bir yoluna qoymaq, riskləri və vergilərin optimallaşdırıması zamanı riskləri və nəticələri hesablamaq üçün səhnəyə siz çıxırsınız.

Təcrübədən məsləhət

Vergilərin optimallaşdırılması işində köməkçi olmadan keçinə bilməzsiniz. “Vergi planlaşdırması” mobil əlavəsindən istifadə etməyi sınaqdan keçirin. Bu, hesabat təqdim etməzdən əvvəl vergilərin məbləğini idarə etməyə, vergilərə dair izahatlar və onların azaldılması üçün tövsiyələr verməyə imkan verəcək.

Belədə tədarükçülərdən ilkin sənədlərin “əldə olunması”, mülkiyyətçilər üçün reyestrlərin tərtib edilməsi və sənədlərin verilməsinin vergi məbləğinə necə təsir edəcəyini izah etmək üçün vaxt sərf etmək lazım gəlmir. Mobil əlavə işləri asanlaşdırır: real vaxtda, hər hansı bir tarix üçün hazır reyestrlər və vergi azaldılması məbləğlərini alacaqsınız. Ödənişlərdən asılı olanların real mənzərəni təhrif etməməsi üçün seçim etmək mümkündür.

Tarix : 05.03.2022

Baxışların sayı: 3388