Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Müasir mühasibin portreti necə təsəvvür edilir? (3-cü hissə) 

Müasir mühasibin portreti necə təsəvvür edilir? (3-cü hissə) 

Mühasib-sensorçu. Özünə əmindir, ambisiyalarla doludur, hər hansı bir mürəkkəb peşəkar vəziyyətə sürətlə istiqamətlənir, təşkilatçılıq qabiliyyəti yaxşı inkişaf etmişdir. Praqmatikdir, məqsədyönlüdür, hər şeydə fayda axtarır, hər şeyi öz əlləri ilə yerinə yetirməyə çalışır.

Direktorlar şurasında çıxış, nəzarət orqanlarının nümayəndələri ilə ünsiyyət onun öz peşəkarlığını nümayiş etdirməsi üçün əla vasitədir, çox vaxt bunu nümayişkaranə tərzdə edir ki, bu da həmkarları arasında ziddiyyətlərə gətirib çıxarır.

Baş mühasib olmağa çox can atır, onu kiminsə üzərində nəzarət, tapşırıqların əməkdaşlar arasında bölüşdürülməsi cəlb edir.


Müasir mühasibin portreti necə təsəvvür edilir? (1-ci hissə)

Müasir mühasibin portreti necə təsəvvür edilir? (2-ci hissə)


Mühasib-intuit. Ünsiyyətdə çox ehtiyatlıdır, istənilən tapşırığı diqqətlə ölçüb-biçir, məsələn, yekun sənədi göndərməzdən və ya rəhbərliyə göstərməzdən öncə - uzunmüddətli tərəddüdlərə və şübhələrə meyillidir. Qayda-qanunu və proqnozlaşdırmağı sevir, detallara qarşı diqqətlidir, statusuna görə özündən yüksək olanlarla ümumi dil tapmağı bacarır.

Qərarların qəbulu zamanı situativ narahatlıq göstərə bilər, əldə edilmiş nəticəni uzun müddət düşünə və dəfələrlə yoxlaya bilər. Çox vaxt inciklikləri unuda bilmir, kollektivdə xırda intriqalar üzündən mübahisələrə meyillidir. Onu inandırmaq çox çətindir, o, demək olar ki, həmişə öz fikrində qalır.

Rəhbər vəzifələrə can atmır, özünü “əxlaq” mövqeyində rahat hiss edir.

Bir qayda olaraq, yalnız bir psixotipdən olan mühasiblərə nadir hallarda rast gəlinir, həmişə kombinasiyalı olurlar. Ailə tərbiyəsini, əmək kollektivinin xüsusiyyətlərini, dünyagörüşünü, habelə hər bir mühasibin temperament və iş keyfiyyətləri arasında birbaşa əlaqəni nəzərə almaq lazımdır.

Baxışların sayı: 13723