Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Müasir mühasibin portreti necə təsəvvür edilir? (2-ci hissə)

05.11.2021 14171 baxış

Müasir mühasibin portreti necə təsəvvür edilir? (2-ci hissə)



Praktik təcrübəyə və şəxsiyyət tiplərinə əsaslanaraq demək mümkündür ki, müəyyən xüsusiyyətlərə malik bir neçə şəxsiyyət növü və alt tipi vardır.



Bu və ya digər şəxsi və peşəkar keyfiyyətlərin olması və ya olmaması, başqaları ilə qarşılıqlı münasibətlər, özünü reallaşdırmaq istəyi mühasibin bu və ya digər tipə mənsubluğundan xəbər verir.   





Müasir mühasibin portreti necə təsəvvür edilir? (1-ci hissə)





Beləliklə, mühasibin dörd psixoloji növü:



Mühasib-məntiqçi. Özünə və ətrafdakılara qarşı həddən artıq tələbkardır, məsuliyyətlidir, mürəkkəb vəzifənin öhdəsindən gəlməyə bacarıqlıdır, istənilən informasiyanı müfəssəl təhlil etməyi və işin ən mürəkkəb sahələrinə tam varmağı bacarır.



Qapalıdır, öz emosiyalarını və hisslərini gizlətməyə üstünlük verir, həmkarları ilə ünsiyyət və normativ hüquqi aktlar arasında ikinciyə üstünlük verəcəkdir.



Karyera yüksəlişi ilə az maraqlanır, kollektivdə ikinci planda olmağı xoşlayır, lakin, eyni zamanda olduqca erudisiyalıdır və peşəkarcasına hazırlıqlıdır, özünüreklamdan yayınır.



Mühasib-etik. Asanlıqla əlaqəyə girir, aktiv həyat sürür, zahirən öz emosiyalarını aşıq şəkildə göstərir və ətrafdakılardan da bunu gözləyir. Məntiqi əlaqələri qurmaqda çətinlik çəkir, onun əsas məsləhətçisi zəkası deyil, ürəyidir.



Kollektivdə olarkən o, daha çox insanın nə dediyinə və ya etdiyinə deyil, onun necə dediyinə və ya necə etdiyinə diqqət yetirir.



Rəhbər vəzifələrə can atmır, ondan ötrü daha vacib olan münasibətlərdə harmoniya, dostluq, bərabər şərtlərdə ünsiyyət və əlverişli mikromühitdir.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →