Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Karl Marks: mühasib, məşhur iqtisadçı və sosioloq barədə (2-ci hissə)

Marks və Engelsin yaxşı dost olmalarına baxmayaraq, onların siyasi mövzulara baxışları kəskin şəkildə fərqlənirdi. Engels həmkarının fəaliyyətinə fəal surətdə sponsorluq edirdi, lakin, məsələn, “türk məsələsi”, Haribaldinin fəaliyyəti və Paris Kommunasının qiymətləndirmələrinə münasibətdə onların fikirləri tamamilə bir-birinə zidd idi.

Marks bir müddət anarxizmin banisi və panslavizm nəzəriyyəçisi Mixail Bakuninin dostu olub. Vətənlərindən uzaqda olduğu İngiltərədəki həyat əvvəlcə bu mütəfəkkirləri bir-birinə yaxınlaşdırsa da, sonradan onların baxışları dəyişdi və onlar açıq şəkildə bir-birlərinə qarşı çıxmağa başladılar.

Hansısa bir anda Marks özünün köhnə dostunu rus casusu adlandırmışdı. Mixail Bakunin də çox qızğın bir adam idi və monarxiya ilə mübarizə üzrə hətta öz dostunu belə, təhqirə görə cavabsız qoya bilməzdi. O, dərhal Karl Marksı duelə çağırdı. Lakin, marksizmin banisi dəqiq atəş aça bilmədiyinə görə bu çağırışdan imtina etmişdi.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Marks özünün cəmiyyət və iqtisadiyyat elminə verdiyi ən mühüm töhfəni əməyin ikili təbiətinin hərtərəfli təhlili hesab edirdi. Bir tərəfdən əmək bizim bioloji növlərimizi və sivilizasiyamızı formalaşdırıb. Digər tərəfdən, bir tikə çörək naminə məcburi əmək (Marksın ifadəsi) insanı öz həyatından uzaqlaşdırır və daxili aləmini yoxsullaşdırır, bir vaxtlar azad olan insanları və çoxşaxəli şəxsiyyətləri canlı yüksək ixtisaslaşmış maşınlara çevirir.

Bunlar XXI əsrin insanları üçün də çox aktual səslənir. Maraqlıdır ki, bu, ali dərəcəli humanist bir mesajdır - hansısa motivasiyalı bir lağlağının deyil, bir əsr yarım bundan əvvəl yaşamış bir filosofun düşüncəsinin məhsuludur!

Lakin, bu gün biz Marksın uşaqların əməyinin istismarının qadağan edilməsində, iş gününün səkkiz saatla məhdudlaşdırılmasında və ümumilikdə sivil ölkələrdə muzdlu işçilərin vəziyyətinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsində xidmətlərini yüksək qiymətləndiririk. Bütün bunlara Marksın təklifi ilə sosialistlər nail oldular. İnanın ki, o zamanlar çiçəklənən İngiltərədə klassikin dövründə görəcəkləriniz sizi mütləq dəhşətə gətirərdi.

Kommunizm və pulsuz iqtisadiyyatla bağlı arzular, əlbəttə ki, hələ də arzu olaraq qalır, lakin bu gün belə ideyalar artıq xəyalpərəstlər tərəfindən deyil, ciddi futuroloqlar və iqtisadçılar tərəfindən irəli sürülür. Çində isə praktikada bu cür şeylərin ilk prototipi olan “sosial kredit” adlandırılan bir sistem tətbiq olunur.

Tarix : 30.03.2022

Baxışların sayı: 1206