Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Karl Marks: mühasib, məşhur iqtisadçı və sosioloq barədə (1-ci hissə)

Karl Marks böyük bir ailədə anadan olub, amma, onun bütün qardaş və bacıları ya kiçik yaşlarında, ya da gənclik çağlarında ölmüşlər.

Karl Marksın ata xətti üzrə əcdadlarının soyadı Mordexay olub. Və həm ata və həm də ana xətti üzrə onlar yəhudi ailəsi olub. Karl Marksın demək olar ki, bütün əcdadları, xüsusilə də ana xətti üzrə babası – ravvinlər olub.

Marks soyadını özünə hələ filosofun babası götürmüşdü. Atası Henrix Marks isə öz dinini dəyişmiş və lüteran olmuşdu. Belə ki, Karl Marks artıq demək olar ki, əsl alman idi. Atası Henrix müasir insan sayılırdı, maarifçi filosoflarla maraqlanırdı və öz baxışlarına görə ateist, ən azından, aqnostik idi. O, sinaqoqla münasibətlərini çox erkən kəsmişdi, amma, lüteranlığa keçməyə isə onu müəyyən şərtlər məcbur etmişdi: Trirdə mənşəcə yəhudi olan və özü də allahsız sayılan birinə hüquq təcrübəsi keçməyə çox az adam etibar edə bilərdi.

Gənclikdə Marks çox dindar biri olub. 17 yaşında o, məsələn, məktəbdə buraxılış sinfində olarkən “Möminlərin İsa ilə birliyi. İoann İncili üzrə” mövzusunda inşa yazmışdı.

Mənşəcə yəhudi olmasına baxmayaraq, Marks yəhudilərə və iudaizmə mənfi münasibət bəsləyirdi. Onun “Yəhudi məsələsi” adlı məqaləsi bu baxımdan xüsusilə əlamətdardır.

Hər şeyə rəğmən, Marksın qulluqçu qadından nikahdankənar övladı dünyaya gəlibmiş. Bu isə həmin dövrlər üçün adi bir hal sayılırdı. Engels bu məsələdə alicənablıq göstərmiş, Karlın Jenni ilə nikahını müdafiə etmək üçün zərbəni öz üzərinə götürmüş, dostunun həyat yoldaşına uşağın özünə aid olduğunu söyləmişdi. Aristokratik Jenni Vestfallen (vaxtilə Trir şəhərinin ən gözəl qızı və yerli balların kraliçası) özünü buna inanırmış kimi göstərmiş və münaqişə uşağın Engels tərəfindən övladlığa götürülməsindən sonra həll olunmuşdu.       

Marks ümumilikdə inqilabın ilk növbədə Qərbin sənayecə inkişaf etmiş ölkələrində (ilk növbədə İngiltərə, Fransa və Almaniyada) baş verəcəyini, ikinci dalğanın isə digər əyalətlərə, o cümlədən mühafizəkar Rusiyaya da çatacağına inanırdı.

SSRİ-də təbliğat işçiləri açıq-aşkar rusofob xarakterinə görə Karl Marksın bəzi ifadələrini senzura etməyə məcbur olmuşdular. Rusiyaya qarşı son dərəcə mənfi münasibəti 1857-ci ildə yarımçıq qalmış “18-ci əsrin diplomatiya tarixinin ifşası” əsərində görmək olar: “Moskoviya monqol əsarətinin dəhşətli və rəzil məktəbində tərbiyə almış və böyüyüb. O, yalnız əsarət sənətində bir virtuoz olmaqla güclənə bilib”.

Tarix : 28.03.2022

Baxışların sayı: 1784