Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnternetdə işdəki kimi (2-ci hissə)

İnternetdə işdəki kimi (2-ci hissə)

İşəgötürənlər əməkdaşlarının sosial şəbəkələrdə davranışlarını daha çox izləməyə başlayıblar

Ümumilikdə isə, UTEAM şirkətinin müştərilərlə iş şöbəsinin rəhbəri Anna Çatayevanın sözlərinə görə, işəgötürənlərin əməkdaşların profillərinə diqqəti şirkətdə tutduqları vəzifələrə mütənasibdir. “Şirkətlərdə əsas vəzifələr tutan insanların geniş auditoriyası olur  və onların hər bir fikri dərhal həmkarlarının, tərəfdaşlarının, müştərilərin sərvətinə çevrilir və müəyyən rezonansa malikdir. Buna görə də, onlar siyasət, din, peyvənd və digər rezonanslı mövzulardan, eləcə də indiki və ya əvvəlki işəgötürənlərin və həmkarlarının tənqidindən qəti bəyanatlarından çəkinməlidirlər”, - o, belə qeyd edib.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


UTEAM -a görə, işəgötürənlər yeni işə düzəlmək istəyənlərin profillərinə daha çox diqqət yetirirlər.

Hazırda sosial şəbəkələrdə iş axtaranların profillərinin 83 faizini HR-mütəxəssislər nəzərdən keçirirlər. Əksər hallarda sosial şəbəkələrdə iş axtaranların yoxlanılması zamanı işəgötürənlər CV-də və profildə məlumatların (85%) uyğunluğuna diqqət yetirirlər. Həmçinin sosial şəbəkələr vasitəsilə işəgötürənlər namizədin peşəkar statusu və ekspertlik səviyyəsini (79%) öyrənməyə, onun həvəsləri və həyata baxışları (65%) haqqında məumatları öyrənməyə, ünsiyyət xarakterini və tərzini(65%) qiymətləndirməyə çalışırlar. Anna Çataevanın qeyd etdiyi kimi, bütün bunların nəticəsində işəgötürənlərin sosial şəbəkələrdə davranışlarına görə işlə bağlı müraciət edənləri nəzərdən keçirməkdən imtina etdikləri halların sayı artır.

Məsələn, BrandUp & YounGo в Kontakt InterSearch Russia layihəsinin rəhbəri Anastasiya Staseva deyir ki, hətta messencer profilindəki şəkil dəyişikliyi də mənfi reaksiyaya gətirib çıxara bilər. “Biz Rusiyada və bir neçə xarici ölkədə biznes aparan developer layihələrinin səhmdarı üçün fərdi assistent axtarırdıq və tələblərdən biri də sosial şəbəkələrdə təmkinlilik ilə bağlı idi. Bizim hər cəhətdən həmin vakansiyaya uyğun gələn bir qadın namizədimiz var idi, amma profili müştəriyə ötürdüyümüz vaxt, həmin qız messencer profilindəki şəklini dəyişmişdi. Belə ki, namizəd qız profilinə tətildə olarkən çimərlik geyimində çəkdirdiyi  bir şəklini yerləşdirmişdi və o, məz, bu səbəbdən işə qəbul edilmədi”, - Anastasiya Staseva bu faktı xüsusi olaraq qeyd edib.

Tarix : 19.10.2021

Baxışların sayı: 15067