Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İnternetdə işdəki kimi (1-ci hissə)

İnternetdə işdəki kimi (1-ci hissə)

İşəgötürənlər əməkdaşlarının sosial şəbəkələrdə davranışlarını daha çox izləməyə başlayıblar

Onlayn işlərin geniş yayılması şirkətlər arasında sosial şəbəkələrdə əməkdaşların izlənməsini daha da populyarlaşdırıb. Çox vaxt işəgötürənlər işçilərin profillərini nəzərdən keçirir, onların şəxsi fikirlərini və peşəkarlıq səviyyəsini qiymətləndirməyə çalışırlar.

Şirkətlərin əksəriyyəti əməkdaşların sosial şəbəkələrdə fəallığını izləyir və bu nəzarət formasının yayılması məsafədən məşğulluğun hər yerdə tətbiqi fonunda daha da artır. 147 işəgötürən-müştəri arasında sorğu keçirən UTEAM işə qəbul agentliyinin mütəxəssisləri belə bir qənaətə gəliblər. Onlardan üçdə birinin – ştatında min nəfərdən çox işçisi olan şirkətlər təşkil ediblər. Sorğunun nəticələrinə görə, şirkətlərin 18% əməkdaşların sosial şəbəkələrdə fəallığını daim izləyir, 47% isə bunu zaman-zaman edir. Yalnız üçdə biri (36%) heç vaxt işçilərinin sosial şəbəkələri ilə maraqlanmır.

Bir qayda olaraq, işəgötürənlər rəhbər vəzifələrdə (77%) olan işçilərin, eləcə də KİV ilə (75%) və müştərilərlə (71%) qarşılıqlı əlaqədə olan mütəxəssislərin hesablarını daha yaxından izləyirlər.

Demək olar ki, hər bir ikinci şirkətdə (45%) son il yarımda –  koronavirus pandemiyası səbəbindən məsafədən məşğulluğun fəal şəkildə yayılmasının başlanğıcından – işçi heyətin hesablarına nəzarət güclənib və rəhbər işçilər əməkdaşların səhifələrinə əvvəlkindən daha tez-tez daxil olmağa başlayıblar.

İşəgötürənlərin əməkdaşların profillərinə marağının əsas səbəbi (94%) onların öz şəxsi səhifələrində ifadə etdikləri fikirlərə görə şirkətin nüfuzuna xələl gətirə biləcək narahatlıqdır. İkinci yerdə - sosial şəbəkələrdə daxili məlumatların və sənədlərin təsadüfən yayılması ilə bağlı narahatlıqlardır (89%). Monitorinqin üçüncü səbəbi – bir insanın məsafədən işləyərkən nə etdiyini qiymətləndirmə ehtiyacıdır.

Bundan əlavə, işəgötürənlər işçinin işdən çıxmaq istədiyi anı təxmin etmək və ya dəyərlərini və maraqlarını daha yaxşı başa düşmək üçün əməkdaşlarının sosial şəbəkələrini izləyə bilərlər. Sonuncu isə məhz, pandemiya ilə bağlı mühümlük kəsb edib. “Peyvəndləmə kimi kəskin mövzunu götürək, axı, əgər əməkdaş bu əsasda bu və ya digər mövqeyi aktiv müzakirə edirsə, onun bu mövqeyi bütün komandanın halına təsir göstərə bilər”, - Kelly Services şirkətinin əsas müştərilər ilə iş üzrə direktoru Natalya Kurantova belə deyir.
 

Tarix : 18.10.2021

Baxışların sayı: 15260