Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Güclü mühasibin 10 prinsipi (3-cü hissə)

5-ci qayda: “Özünə və ətrafındakılara qarşı dürüst ol”

Yadımdadır ki, “Dövrümüzün qəhrəmanı” (M. Lermontovun romanı) əsərində Peçorin öz gündəliyində yazırdı ki, bu illər ərzində o, özünə qarşı dürüst olmağı, reallıqda necə görünsə də, hər şeyi öz adları ilə çağırmağı öyrənib. Əsl peşəkar xəyalpərvər ola bilər, amma, onun illüziyalarla yaşamağa haqqı yoxdur. Özünə qarşı dürüst olmadan, həmin şəxs həyatına, hərəkətlərinə və onların motivlərinə həqiqi qiymət verə bilməyəcək, başqalarına qarşı dürüst olmadan heç vaxt insanlar arasında səmimi hörmətə layiq olmayacaq. Əsl peşəkarlara, xarakterindən asılı olmayaraq hörmət edilir.

6-cı qayda: “Ehtiyacı olanlara kömək et”

Güclü mühasib – o, böyük İnsandır. İnsanlara isə mərhəmət xasdır. Belə adamlar heç vaxt öz problemlərinə və çətinliklərinə qapanmırlar, kimsə onlardan yardım istədikdə, kənarda qalmırlar. Onlar ətraflarında baş verənlərə biganə qala bilmirlər. Onlar, həqiqətən ehtiyacı olana həmişə kömək əlini uzatmağa hazırdırlar. Öz təcrübələrinin zərrəciklərini peşənin sirlərini və incəliklərini  öyrənmək istəyən, yenicə işə başlayan mütəxəssislərə ötürmək, onlardan ötrü çox vacibdir. Başqalarına yardım etmək, onlardan ötrü böyük zövqdür.     


 Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


7-ci qayda: “Başqalarına nəzərən hədəflənmə”

Güclü mühasib – o, özünəməxsus prinsiplər, inanclar və baxışlar dəsti olan unikal şəxsiyyətdir. Kimisə kopyalamağa çalışan, onun ədəb-ərkanını, hərəkətlərini və s. təqlid edən adam uğur qazanmaz. Peşəkar özü-özünü tərbiyələndirir, çətinlikləri və maneələri sərbəst şəkildə aşmaqla özünü möhkəmlədir.  O, daim öz üzərində çalışır, nəyi yaxşılaşdırmaq lazım gəlməsi ilə bağlı təsəvvürü olur. Diqqətinizi yalnız, şəxsi qiymətləndirmə zəminində başqalarına da yönəldə bilərsiniz. Kimsə hər hansı bir obrazı yüz faiz kopyalamağa hədəflənirsə, birincisi, o, heç vaxt bu məqsədinə çatmayacaq, ikincisi, yalnız “çin nüsxəsi” ola biləcək. Buna hədəflənənlərə hətta bizim məsləhətlərimiz də kömək etməz. Yəni, buna heç dəyməz də. Ən yaxşısı, onu öz üzərinizdə təcrübədən keçirin və yalnız bundan sonra nəticə çıxarın.   

Tarix : 07.04.2022

Baxışların sayı: 567