Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Güclü mühasibin 10 prinsipi (2-ci hissə)

2-ci qayda: “İstirahət etməyi və yaxşı işləməyi bacar”

Bu, kimisə təəccübləndirə bilər, ancaq, istirahət etməyi bacarmaq lazımdır və hətta bunu öyrənmək də çox zəruridir. Biz çox vaxt həmkarlarımızdan çalışdıqları yerdə ev işləri barədə düşünməli olduqları, evdə olduqları zaman isə iş yerində yerinə yetirilməmiş tapşırıqlar barədə düşüncələrini qovmağa çalışmaları ilə bağlı hekayələrini eşidirik. Oriyentirlərin bu cür yerdəyişməsi heç bir yerdə özünü tam şəkildə göstərməyə imkan vermir. Öz sahəsinin əsl peşəkarları, demək olar ki, “fədakarcasına” işləyirlər və vəzifələrini yerinə yetirən kimi “ürək dolusu” istirahət edirlər. Məhz, belə bir nisbətə nail ola bilsəniz, həyatınız daha gözəl, daha maraqlı və daha zəngin olacaqdır. “Boşuna keçən” adi günlər bu istiqamətlərdəki səhvlərin olduğunu göstərən bir əlamətdir.

3-cü qayda: “Punktual ol”

Punktuallıq (dəqiqlik) hərəkətlərin ardıcıllığını nəzərdə tutur və hərəkətlərin ardıcıllığı – bu, müvəffəqiyyətin açarıdır. Öz işinin əsl peşəkarı olan bir şəxs öz zamanını heç vaxt boşuna keçirmir. O, özünü 100 faiz işə həsr etdikdə və başqa nə ilə isə məşğul olduqda belə, onun gündəlik qrafikində hökmən müəyyən bölümlər olur. O, heç vaxt görüşlərə gecikmir, hesabatları vaxtında verir, vədinə xilaf çıxmır və özünə qarşı xeyirxahlıq edən insanları unutmur. Təəssüf ki, bəzi həmkarlarımız öz uyğunsuzluqlarını və “dağınıqlıqlarını” hər cür absurdlarla izah etməyə başlayırlar: “Axı, mən qadınam” və ya “Mən kişiyəm, dəqiqlik mənə görə deyil”... İş yerində nə “oğlanlar”, nə də “qızlar” olur. Öz işlərini görən mütəxəssislər, peşəkarlar var. 

4-cü qayda: “Karyerist olma”

Təəccüblüdür, hə? Son 10 il ərzində bizə aktiv şəkildə belə bir fikir yeritmək istəyirlər ki, əgər insan “böyük müdir” olmaq istəmirsə, onda avtomatik olaraq uğursuz adama, “ambisiyasız” birinə çevrilir. Öz sahəsinin əsl peşəkarını ilk növbədə bir qədər başqa problemlər maraqlandırır. Ondan ötrü öz işini nə dərəcədə yaxşı yerinə yetirməsi, bunun ona, ailəsinə və kollektivinə hansı faydalar gətirdiyi daha önəmlidir. Peşəkarın öz işini yaxşı yerinə yetirməsi son dərəcə vacibdir, belə ki, onun işi onun şəxsiyyəti ilə eyniləşdirilir. Karyera-karyeralığında, məhz, “horizontal”, peşəkar inkişaf ondan ötrü daha vacibdir.

Tarix : 04.04.2022

Baxışların sayı: 599