1-ci qayda: “Bütün həyatın boyu öyrən”
2-ci qayda: “İstirahət etməyi və yaxşı işləməyi bacar”
3-cü qayda: “Punktual ol”
4-cü qayda: “Karyerist olma”
5-ci qayda: “Özünə və ətrafındakılara qarşı dürüst ol”
6-cı qayda: “Ehtiyacı olanlara kömək et”
7-ci qayda: “Başqalarına nəzərən hədəflənmə”
8-ci qayda: “İşi sonadək yerinə yetir”
9-cu qayda: “Başqasının əməyini dəyərləndir”
10-cu qayda: “Özünütənqidə yer ver”
Hər bir peşəkar fəaliyyətdə olan mütəxəssisin parlaqlıqla keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra o, öz vəzifələrini yerinə yetirməyə başlayanda və ilk praktik təcrübə əldə etdiyi zaman – bu, onun formalaşmasının birinci mərhələsidir. Müəyyən vaxt ötür və o, başa düşür ki, indiyədək mənimsədikləri əsasında dayanıb-durmaq səhv fikirdir. O, cari təcrübəsini nəzərə alaraq, əlavə nəzəri biliklər əldə etməyə başlayır – bu ikinci mərhələdir. O, bu istiqamətdə inkişaf edərək, aradan qaldırılmalı olan yeni çətinliklərlə, maneələrlə qarşılaşır. Adətən, bütün bunlar sözün metaforik mənasında “ağrı”, “məhrumiyyətlər” və “çətinliklər” ilə əlaqələndirilir. Keçmiş mütəxəssis illər ötdükcə çətinliklər, zəhmət və özünə qalib gəlmək iradəsi ilə sərtləşən əsl peşəkara çevrilir. Məhz, bu insanların sayəsində işlər yoluna qoyulur, məhz, bu insanları digərlərinə nümunə olaraq göstərirlər.
Bu gün biz sizdən ötrü ən yaxşı və ən güclü mühasiblə bağlı on qaydanı toplamışıq, onlara riayət etməklə siz təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək qiymətləndirilən özünütəşkil səviyyəsinə nail ola bilərsiniz.
1-ci qayda: “Bütün həyatın boyu öyrən”
Biz əbəs yerə bu qaydadan başlamamışıq, zira qalan hər şey ona əsaslanır. İnsan nəyə isə can atırsa, daha doğrusu, yeni bilik və bacarıqları əldə etməkdən çəkinmirsə, bir yerdə dayanıb-durmur. Nahaq yerə deməyiblər ki, “əgər siz əla ola bilmirsinizsə - deməli, yerində sayırsınız”. Geriyə yol yoxdur, bir yerdə dayanıb-durmaq olmaz. Yol yalnız irəliyə doğrudur. Lakin, eyni zamanda sizin hansı keyfyyətdə irəliləməyiniz də çox mühümdür. Siz istər sırf mənəvi inkişaf yolu ilə gedirsiniz və ya qarşınıza iddialı bir məqsəd qoyursunuz - bu o qədər də mühüm deyil. Öz üzərinizdə işləmək daha ciddi məsələdir, burada tədris həm prosesdir, həm sizin vəziyyətiniz, həm də ruhunuzun tələbatıdır. Öz işlərinin ən yaxşı peşəkarları heç vaxt “hər şeyi bildiklərini” söyləməzlər, əksinə, onlar ən azından nəsə bir yeniliklə tanış olmağa həmişə hazır olurlar. Bir çox hallarda elə bu uğurun rəhnidir.
Tarix : 29.03.2022
Baxışların sayı: 1485