Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

2022-ci ildə tələb olunacaq 10 ən yaxşı mühasibat peşəsi (4-cü hissə)

02.06.2022 668 baxış

5. Məhkəmə mühasibi



Orta illik əməkhaqqı: 77 061 dollar



Sizin mühasibat uçotu sahəsində yiyələnə biləcəyiniz və uğurlu karyera qura biləcəyiniz daha bir peşə – məhkəmə mühasibi peşəsidir.



Auditorlar kimi, məhkəmə mühasibləri də şirkətlərdə şübhəli / fırıldaqçılıq fəaliyyətini araşdırmaq üçün işə götürülən hüquqi və maliyyə sənədlərinin ekspertləri və tədqiqatçılarıdır.



Bəzi hallarda, onları fırıldaqçılığın qarşısını almaq üçün işə qəbul edirlər. Mühasib-kriminalistlər FTB və s. kimi hüquq-mühafizə orqanlarında karyera inkişafı imkanı əldə edirlər.



6. Kredit təhlili üzrə menecer



Orta illik əməkhaqqı: 57 373 dollar



Kredit təhlili üzrə menecerlər adətən müştərilər haqqında maliyyə məlumatlarının təhlili və təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Onlar kredit tarixçəsi, ödəniş vərdişləri, illik gəlir və alış fəaliyyəti haqqında məlumatları toplayır və təhlil edirlər.



Kredit menecerləri adətən müəyyən maliyyə anlayışı əsasında kredit müraciətlərini qəbul etmək və ya rədd etmək üçün məsuliyyət daşıyırlar və şirkətin kreditvermə prosesinə nəzarət etmək səlahiyyətinə malikdirlər.



7. Vergi mühasibi



Orta illik əməkhaqqı: 70 652 dollar



Vergi mühasibi – bu, maliyyə hesabatlarının tərtib edilməsində və vergi hesabatlarında müştərilərə və şirkətlərə kömək etmək üçün təlim keçmiş maliyyə ekspertidirlər.



Onlar əsasən vergi hüququnu araşdırır, öyrənir və şərh edirlər. Onların işinə ödənişlərin hazırlanması, vergilərə qənaət olunmasının müəyyən edilməsi və vergi məsələlərinin təhlili daxildir.





Mühasibat uçotunun mənbəyi nədir? (1-ci hissə)





8. Büdcə analitiki



Orta illik əməkhaqqı: 54 520 dollar



Büdcə analitikləri təşkilatlara maliyyə resurslarını bölüşdürməkdə kömək edirlər. Onlar büdcələri işləyib hazırlayır, təhlil və icra edirlər, həmçinin özəl biznesin, qeyri-kommersiya təşkilatlarının və dövlət müəssisələrinin gələcək maliyyə tələbatlarını qiymətləndirirlər.



Onlar büdcə hesabatlarının hazırlanması və təşkilatların xərclərinə nəzarət üzrə ekspertlərdir. Büdcə analitikləri dövlət və özəl təşkilatlara öz maliyyə işlərini planlaşdırmaqda kömək edirlər.



9. Mühasib



Orta illik əməkhaqqı: 40 750 dollar



Mühasib – o, gündəlik maliyyə əməliyyatlarını sənədləşdirərək hesablarınızı hazırlayan şəxsdir.



Mühasiblər gəlirlər və xərclər kimi əməliyyatların qeydiyyatı və onların müxtəlif hesablarda yerləşdirilməsi, ödənişlərin emalı, gündəlik bank əməliyyatlarının yerinə yetirilməsi, müxtəlif maliyyə hesabatlarının hazırlanması üçün məsuliyyət daşıyırlar.



10. Maliyyə direktoru



Orta illik əməkhaqqı: 104 014 dollar



Bir qayda olaraq, maliyyə direktorları təşkilatın iqtisadi və maliyyə məsələlərinə nəzarət edir və idarə edirlər. Onlar maliyyə məqsədlərinə nail olmaq üçün yüksək səviyyədə qərarlar qəbul edirlər və uzunmüddətli maliyyə rifahı strategiyasını hazırlayırlar. Bu sizin əldə edə biləcəyiniz ən yaxşı mühasibatlıq vakansiyalrından biridir.



Yekun



Siz elə indi bu karyeralardan hər hansı birini əldə etməyə başlaya bilərsiniz. Birincisi, əmin ola bilərsiniz ki, bu mühasibatlıq uçotu sahəsindəki karyeralardan hər hansı birini həyata keçirməklə çox yaxşı vaxt keçirəcəksiniz.



İş zamanı istifadə edə biləcəyiniz onlayn-mühasibatlıq proqramları vardır. Əgər sinifdə müntəzəm mühazirələrə qatılmaq istəyirsinizsə, onda buna da özünüz qərar verməlisiniz.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →