Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasibat uçotunun mənbəyi nədir? (1-ci hissə)

Mühasibat uçotu – bu, debet və kredit siyahısının sadəcə aparılmasından daha dolğun bir şeydir. Bu biznesin və nəticə etibarilə bütün maliyyənin dilidir. Bizim hisslərimiz ətrafımızdan məlumat toplayır, sonra beynimiz bunu şərh edir; mühasiblər mürəkkəb işlərini ictimaiyyət üçün başa düşülən məlumatlara çevirirlər. Bu məqalədə biz mühasibatlığı qədim dövrlərdən başlayaraq, müasir ekvivalentinə qədər izləyəcəyik.

ƏSAS NƏTİCƏLƏR

• Mühasiblər, cəmiyyətin barter sistemindən istifadə etdikləri və malların və ya xidmətlərin əməliyyatları ilə bağlı bağladıqları müqavilələri qeydiyyatdan keçirmələri lazım olduqda ortaya çıxıb.

• Daha sonra mühasibat kitabları əl ilə doldurulurdu və bu zaman bir və ya ikili qeydiyyat sistemindən istifadə olunurdu.

• Rahib Luca Pacoli, təşkilatın maliyyə göstəricilərini daha aydın şəkildə göstərən müstəqil bir qeydiyyat yaratmaqla müasir mühasibatlığın əsasını qoydu: maliyyə hesabatı.

• Dəmiryolları və korporasiyaların yaranması peşəkar mühasiblərin təşəkkülünə təkan verdi.

Mühasibat uçotunun tarixi

Mühasibat uçotu – bu, min illər mövcud olan bir dildir, dünyanın bir çox hissələrində istifadə olunur. Bu dilin mövcudluğunun ən erkən sübutları 7000 il bundan əvvəl Mesopotamiya sivilizasiyalarına aiddir. Mesopotamiyalılar satılan və əldə edilən mallar haqqında ən erkən qeydlər aparırdılar və bu fəaliyyət qədim misirlilərin və babilistanlıların erkən qeydləri ilə əlaqəlidir. Mesopotamiya sakinləri heyvanlar, ev heyvanları və taxıl bitkiləri ilə əməliyyatların ətraflı təsvir olunduğu qeydləri apararaq, ibtidai mühasibat metodlarından istifadə edirdilər.

Hindistanda filosof və iqtisadçı Çanakya, eramızdan əvvəl II əsrdə Mauryan imperiyası dövründə “Artaşastr” əsərini yazıb. Kitab mühasibat kitablarının necə aparılması barədə məsləhətlər və təfərrüatlatdan ibarət idi.

 

Tarix : 09.05.2022

Baxışların sayı: 285