Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Zirək mühasibin 10 prinsipi (3-cü hissə)

Zirək mühasibin 10 prinsipi

3-cü hissə

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.  

 5-ci qayda: “Özünə qarşı və ətrafındakılarla vicdanlı ol”

Yadımdadır, “Bizim zamanın qəhrəmanı” Peçorin öz gündəliyində yazırdı ki, illər keçdikdən sonra özümə qarşı vicdanlı ola bildim, həqiqətdə göründüyündən asılı olmayaraq hər şeyi öz adı ilə çağırmağa başladım. Əsl peşəkar xəyalpərvər ola bilər, amma onun illüziyalarda yatıb qalmağa haqqı çatmır. Özünə qarşı düzgün olmayan şəxs, öz həyatına, addımlarına və motivlərinə real qiymət verə bilməz, ətrafındakılara münasibətdə vicdanlı olmayan şəxs isə heç vaxt adamlar arasında səmimi qarşılanmayacaq. Xarakterindən asılı olmayaraq əsl peşəkarlara hörmət edirlər.

6-cı qayda: “Ehtiyacı olanlara yardım et”

Zirək mühasib – bu əsil şəxsiyyətdir. İnsanlara isə mərhəmət xarakterikdir. Onlar öz problemlərində və dərdlərində qapılıb qalmırlar, kimsə yardım istədikdə kənardan baxıb tamaşa etmirlər. Onlar ətrafında baş verənlərə biganə qala bilmirlər. Əsl peşəkar həqiqi köməyə ehtiyacı olan şəxslərə həmişə əl uzatmağa hazır olur. Yeni təcrübə keçən mütəxəssisə o, öz təcrübəsindən müəyyən hissəni verməyə həmişə hazır olur. Peşənin gizlinləri və incəliklərini onlara başa salır. Başqalarına yardım etmək onlara böyük zövq verir.

 

Tarix : 14.09.2020

Baxışların sayı: 21659