Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Zirək mühasibin 10 prinsipi (1-ci hissə)

Zirək mühasibin 10 prinsipi

1-ci hissə

İstənilən peşə fəaliyyətində mütəxəssislərin təntənə ilə keçməli olduğu mərhələlər mövcuddur. Təhsildən sonra istənilən bir şəxsin öz vəzifələrini yerinə yetirməyə başlaması və iş təcrübəsi toplaması – onun çalışma fəaliyyəti üçün ilk mərhələni təşkil edir. Müəyyən zaman keçdikdən sonra şəxs başa düşür ki, əldə etdiklərində ilişib qalması səhv olardı. Beləliklə, o, özünün cari təcrübəsini nəzərə almaqla nəzəri biliklər də əldə etməyə başlayır ki, bu da ikinci mərhələ hesab olunur. Bu istiqamətdə inkişaf edərkən şəxs yeni çətinliklər, maneələrlə rastlaşır və bunları dəf etmək lazım gəlir. Adətən bütün bunlar metaforik mənada əlavə “əziyyətlər”, “məhrumiyyətlər” və “çətinliklərlə” müşaiyət olunur. Bir çox illər ötdükdən sonra keçmiş mütəxəssis bütün bu çətinlikləri dəf edərək, iradəsi sayəsində əsil peşəkara çevrilir.  

Bu gün biz sizlərdən ötrü ən zirək mühasibin qabil ola biləcəyi on qaydanı toplamışıq. Belə qabiliyyətlərə malik bir mühasib isə təkcə əmək bazarında deyil, həm də gündəlik həyatda yüksək dəyərləndirilir.

1-ci qayda: “Ömür boyu öyrən”

Məhz, bu qaydadan biz təsadüfi başlamadıq, zira digər bütün qaydalar buna istinad edir. İnsan yeni biliklər və bacarıqlar almağa can atırsa, daha dəqiqi bunlardan boyun qaçırmırsa, o, heç vaxt yerində saymır. Nahaq yerə deməyiblər ki, “əgər siz yaxşı ola bilmirsinizsə - onda pis olursunuz”. Geriyə yol yoxdur, bir yerdə dayanıb durmaq mümkün deyil. Yol yalnız irəliyədir. Lakin, bu zaman mühüm olan sizin hansı keyfiyyətdə irəli getmənizdir. Siz son dərəcə mənəvi inkişaf yolu ilə gedəcəksiniz, yoxsa ki, qarşınızda ambisiyalı bir məqsəd qoyacaqsınız – bu elə də vacib deyil. Öz üzərinizdə işləmək daha ciddi bir işdir, öyrənmək isə burada bir proses, vəziyyət və ruhunuzun tələbatıdır. Öz işinin mahir biliciləri heç vaxt “hər şeyi bilirəm” söyləməzlər, əksinə onlar həmişə minimum olaraq nəsə qabaqcıl olan bir şeylərlə tanış olmağa hazır olurlar. Bir çox hallarda isə elə bu uğurun rəhni hesab olunur.

2-ci qayda: “Yaxşı istirahət etməyi və yaxşı işləməyi bacar”

Kimlərisə bu təəccübləndirə bilər, amma istirahət etməyi də bacarmaq lazımdır və bunu öyrənmək də çox zəruridir. Biz öz həmkarlarımızdan çox vaxt belə tarixçələr     eşidirik ki, işdə olanda ev işləri barədə düşünürlər, evdə olduqda isə xidməti yerdə yerinə yetirə bilmədikləri öhdəliklər barədə fikirləri qovmağa çalışırlar. Oriyentasiyanın bir-birinə bu cür qarışması, özünü hər iki yerdə tam şəkildə göstərə bilməyinizə imkan vermir. Öz işlərinin əsil peşəkarları isə belə demək olarsa, “cani-dildən” işləyir və öhdələrinə düşən işləri görüb qurtardıqdan sonra özlərini “tam şəkildə istirahətə” həsr edirlər. Əgər, məhz bu cür nisbətə nail ola bilsəniz, onda həyatınız daha rəngarəng, maraqlı və daha zəngin olacaq. Həyatınızda üzə çıxan “boz çalarların” peyda olması – bu oriyentirdə səhvlərin olmasının əsil əlamətidir.

 

Tarix : 20.08.2020

Baxışların sayı: 22292