Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mən zənginlik içində doğulmuşdum (2-ci hissə)

 “Mən zənginlik içində doğulmuşdum və bununla bağlı edə biləcəyim bir şey yox idi” (2-ci hissə)

Milyarder Devid Rokfeller belə demişdi

Kapitalizm haqqında

“Corc Soros düz deyir ki, bazarlar mütləq şəkildə tarazlığa can atmırlar. Onlar gah bir, gah da digər tərəfə cumurlar və bəzən də bundan ictimai stabilliyə ağır zərbə dəyir. Buna baxmayaraq, kapitalizm məndən ötrü şəxsi azadlıq, sərbəst ticarət və hüquqi müdafiə deməkdir. Onun bütün çatışmazlıqlarına baxmayaraq, mən daha yaxşı alternativ görmürəm”.

Bahalı şeylər barədə

“Ailəmizin məsləhətçisi bir dəfə belə demişdi, Rokfellerin edə biləcəyi iki ən bahalı şey bunlardır – dövlət vəzifəsinə namizədliyini irəli sürmək və boşanmaq”.


Mən zənginlik içində doğulmuşdum (1-ci hissə)


Vicdanlı biznes barədə

“Düşünmürəm ki, burada nəyin yaxşı və ya nəyin pis olduğuna dair hər hansı bir qayda çıxarıla bilər. İnvestisiyalarda həmişə qərarlar sözügedən biznesin cəmiyyət üçün faydalı, yaxşı olub-olmaması əsasında qəbul edilir. Və qərarları elə qəbul etmək lazımdır ki, onlar vicdanla qəbul olunsun”.

Dostluq və biznes haqqında

“Digər insanlara olan marağım mədəni fərqləri aradan qaldırmağa və tez bir zamanda əlaqələr qurmaqda mənə kömək etdi. Belə sadə yanaşma həm gündəlik işlərdə, həm də dünya liderləri ilə ünsiyyətdə tətbiq olunur. Mən hesab etmirəm ki, şəxsi dostluq və yaxşı işgüzar münasibətlər bir-birinə zidd olmalıdır. Əminəm ki, ən uğurlu işgüzar əlaqələr etimad, anlaşma və sadiqliyə, yaxın şəxsi dostluq üçün lazım olan eyni keyfiyyətlərə əsaslanır”.

 

Tarix : 29.11.2021

Baxışların sayı: 11795