Əməkdaşların bacarıqları köhnəldikcə onlara tələbat da azalır
Kimberly-Clark Russia şirkətinin və hh.ru işə qəbul platformasının araşdırmasına görə, vakansiyaların onlayn-bazasında namizədin yaşı artdıqca, onun CV-si işəgötürənlər tərəfindən getdikcə daha az rəy alır. Eyni zamanda, yaş göstərilməyən anketlər, öz tələbatına görə müraciət edən gənclərin CV-ləri ilə müqayisə edilə bilər. Təklif edilən maaşlarla bağlı da oxşar vəziyyətdir - əməkhaqqı 40-55 yaşına kimi artır, sonra isə əhəmiyyətli şəkildə azalmağa başlayır. İşəgötürənlərin yaşlı işçilərə marağının aşağı olmasının əsas səbəbi onların peşə bacarıqlarının tədricən köhnəlməsidir.
Kimberly-Clark Russia və hh.ru-nun araşdırmasının nəticələrinə görə, Rusiyada onlayn CV-lərin əksəriyyətini 24-45 yaş arası - 58,8% iş axtaranlar təmsil edir. Anketlərin 18%-i 18-23 yaşarası, 9,4% isə 46-55 yaşarası namizədlər tərəfindən təqdim edilib. 56 yaşdan yuxarı olan namizədlərin CV-i isə ümumi siyahıda cəmi 2,8 faiz təşkil edir.
Analitiklər qeyd edirlər ki, namizədlər yaşlandıqca, hansı sahədən asılı olmayaraq, onların işəgötürəndən müsahibəyə dəvət almaq şansları azalır.
Belə ki, 18-23 yaşlı namizədlər arasında müsahibə üçün ən azı bir təklif alanların payı 85% təşkil edirsə, 31-45 yaş kateqoriyasında bu rəqəm 71%-ə, 56-60 yaş arasında isə 55%-ə kimi aşağı düşür. Ən aşağı tələbat 70 yaşdan yuxarı insanlar arasındadır - onlara ilkin maraq yalnız 41% halında yaranır. Eyni zamanda CV-də yaşını qeyd etməyən namizədlər müsahibəyə 45 yaşdan yuxarı namizədlərdən iki dəfə çox dəvət alırlar.
Yaş üzrə namizədlərə qarşı işəgötürənlərin əvvəlcədən qərəzinin olması, təklif olunan orta əmək haqqının təhlilində də oxşar nəticələr nümayiş etdirib. Məsələn, təhlükəsizlik, mühasibat, ali menecment, ev personalı kimi sahələrdə təklif olunan əməkhaqqı göstəricisi namizədlər üçün 55 yaşadək durmadan artır, bundan sonra gənc mütəxəssislərin start göstəricilərində isə aşağı düşür.
Qeyd edək ki, bu cür tədqiqatın seçilməsinin məhdudluğu şəraitində - ilk növbədə, iş seçimi haqqında saytların auditoriyasının xüsusiyyətlərini daraldır (NAFİ-nin məlumatına görə, onlardan yalnız iş axtaranların təxminən üçdə biri istifadə edir) - aydındır ki, yaşlı namizədlər işədüzəlmə zamanı daha çox problem hiss edirlər.
Ali iqtisadiyyat məktəbinin “Yaş, məhsuldarlıq, əməkhaqqı” araşdırmalarının göstərdiyi kimi, orta hesabla 40 yaşa qədər qazancın pik nöqtəsinə çatılır, sonra isə maaşlar azalmağa başlayır.
Tarix : 07.09.2022
Baxışların sayı: 516