Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Rəqəmsal dünyada mühasiblərin yeri (6-cı hissə)

04.05.2022 664 baxış

Mühasibin nəzarəti xaricində qalan yeganə funksiya gəlir əldə etməkdir. Amma, əvəzində onun digər imkanları vardır.



Ortaya kəskin sual çıxır: “Hansı imkanlar?”.



Mühasib bir şirkətin iqtisadi fayda axınını necə artıra bilər?



Resurslara qənaət, biznes-proseslərin qurulması, bölmələrin fəaliyyətinin şəffaflığının təmin edilməsi – mühasibin şirkətə cəlb edə biləcəyi iqtisadi mənfəətdir.



Bəs daha təfərrüatlı?



-        Biznes-proseslərin bir sıra qoyuluşları nəzərəçarpacaq iqtisadi effekt verə bilər;



-        Elektron sənəd dövriyyəsi sisteminin tətbiqi;



-        İdarəetmə uçotu sisteminin qaydaya salınması;



-        Mövcud qanunvericilik çərçivəsində vergilərin optimallaşdırılması;



-        Əməkhaqqı risklərinin azaldılması;



-        Şirkətin işinin optimal maliyyə modelinin qurulması;



-        İdarəetmənin bütün səviyyələrində xərclərə nəzarət;



Və bu, mühasibin arsenalında olan alətlərin tam siyahısı deyil.



Rəqəmsal əsr



İnformasiya texnologiyaları əsri peşəni dəyişikliyə məruz qoyub. Mühasibatlıq sahəsi dəbdə deyil, lakin, keyfiyyətli mütəxəssislər bütün hallarda yenə çatışmır.



Yeni IT həllərinin yaranması uçot funksiyasını avtomatlaşdırır. Bu fenomenin nəticəsi sıravi mühasiblərə olan ehtiyacın azalmaqda davam edəcəyini göstərir.



Medalın arxa tərəfi tərəfi kimi keyfiyyətli mütəxəssislərə yüksələn tələbat çıxış edir. İnformasiyanın böyük kütləsini təhlil etməyə və müvafiq qərarlar qəbul etməyə qadir olan mühasib-analitiklərə ehtiyac durmadan artır.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →