Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Bir mühasibin iş rahatlığı niyə dəyişmir? (3-cü hissə)

Bir mühasibin iş rahatlığı niyə dəyişmir və ya klassik mühasibat uçotu niyə şirkətin idarə olunması üçün yararlı deyil (3-cü hissə)

Mühasibat işlərininin robotlaşdırılması və süni intellekt barədə isə hələ ki, susmaq istəyirəm. Bu olacaq və artıq o peyda olmaqdadır. Bizə ikinci bölməni tam, 100% mənimsəmək və mühasibi də buna ruhlandırmaq qalır...

Əgər ESD və avtomatlaşdırmanı bir servisdə birləşdirsək, onda mühasibat uçotunu aya qədər ucaltmaq olar. Bununla yanaşı, idarəetmə uçotunun bir çox prosedurlarına ehtiyac qalmır – indi demək olar ki, muxtar şəkildə mövcud olan iki, hətta üç sistem, güclü şəkildə bir-birinə yaxınlaşacaqlar.

Və bir qədər də gələcək barədə

Mən öz biznesimdə belə bir təsviri görmək istərdim (yeri gəlmişkən, bir ağıllı adamdan eşitmişəm ki, mənim bu məsələlərdə fantaziyam hələ də mühasibatlıq işlərində təcrübəni pozur).

Mən növbəti həftə üçün debitorlardan daxilolmalar planlaşdırmışdım. Lakin, onların bəziləri borcu vaxtında ödəyə bilməyəcəklərini dedilər. Büdcədə pul vəsaitlərinin hərəkətində kassa boşluğu proqnozlaşdırılır... Hər bir sahibkara tanış olan haldır.

Amma,  sonra sehrbazlıq başlayır!

Mühasibat məlumatlarının işləndiyi və idarəetmənin formalaşdırıldığı vahid sistem banklara qarşıdakı kassa boşluğu barədə siqnal verir. Banklar şirkətin mühasibat məlumatlarının avtomatik qiymətləndirilməsini həyata keçirir və borcalanın ehtiyacları üçün kredit təklifini formalaşdırır. Sistem bankların təkliflərini təhlil edir və ən sərfəli olanları seçir. Eyni hekayə cari hesablarda müvəqqəti sərbəst qalıqların yerləşdirilməsi ilə bağlıdır. Ağıllı mühasibatlıq  depozit və overnayt variantları əldə edərək bank ilə məlumat mübadiləsi edir – pul hər zaman işləməlidir

“Əgər hər şey avtomatlaşdırılarsa və uçot sistemində özü peyda olacaqsa, onda gələcəyin mühasibatlığı nə ilə məşğul olacaq?” – soruşaqsınız.

Ən azından, şirkətlərin maliyyə işləri ilə. Mühasibatlıq şirkətlərin maliyyə məlumatlarının formalaşması mərkəzindən, maliyyə idarəçiliyi mərkəzinə çevrilməlidir. Bu, sahibkar kimi mənim ideal təsvirimdir.

Qoy, o hələlik mənim xəyalım olaraq qalsın.

Tarix : 28.10.2021

Baxışların sayı: 14355