Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Bir mühasibin iş rahatlığı niyə dəyişmir? (2-ci hissə)

Bir mühasibin iş rahatlığı niyə dəyişmir və ya klassik mühasibat uçotu niyə şirkətin idarə olunması üçün yararlı deyil (2-ci hissə)

Bu il mühasiblərin iş rahatlığının ümumi indeksi dəyişməyib və 2,5 bal təşkil edib (bu indeks necə təyin olunur, bu yaxşı və ya pisdir – hesabatda bu barədə heç nə deyilmir).

Bütün bunlarla nə etmək olar və ya mühasibin həyatını yaxşılığa doğru necə dəyişdirmək olar? Bunu hesabatda mən də axtarıb tapa bilmədim və biznes sahibi kimi özümün bəzi düşüncələrimi qeyd etmişəm.

İndiki mühasibat uçotu real vaxt rejimində şirkətlərin idarə olunması üçün niyə yararsızdır?

Mühasibat uçotu ilə bağlı əsas şikayətim – qərarların qəbul olunması zəruri olan məlumatların yavaş formalaşmasıdır.


Bir mühasibin iş rahatlığı niyə dəyişmir? (1-ci hissə)


Vaxt hansı səbəbdən itirilir, mühasibin üzərinə düşən yük artır və nəticədə hesabatlar zamanında təhvil verilmir?

Bunlara görə:

• kontragentlərdən ilkin sənədlərin vaxtında alınmaması;

• ilkin sənədlərin işlənməsi və daxil edərkən, yol verilən səhvlər;

• uçotun bir neçə növünün – mühasibat, idarəetmə və vergi növlərinin paralel aparılması zərurəti.

Bu problemi necə həl etmək olar?

Elektron sənəd dövrüyyəsinin (ESD) tətbiqi. Və bu məsələdə bir sahibkar kimi bunu tez etmək üçün mənim cəsarətli qərarım olmalıdır. Dövlət isə bu qərarın əsas drayveri olmalıdır. Bütün kontragentlər belə bir sistemdə işləyərkən, ESD-nin üstünlükləri tam şəkildə özünü göstərir. Hələ ki, ətrafımızda qismən rəqəmsal dünyadır, yəni, həm elektron, həm də kağız sənədlər mövcuddur. Bu gün bütün şirkətlərin ESD-yə niyə can atdıqlarını söyləmək belə yersiz olardı. Qanuni baxımdan əhəmiyyətli bir elektron sənədin mühüm bir “çatışmazlığı” var – onun dövlət tərəfindən idarə olunması asandır. Gündəlik proseslərin avtomatlaşdırılması. Mühasibat işinin böyük bir hissəsini – yarısını gündəlik, təkrarlanan fəaliyyətlər tutur.

Avtomatlaşdırma mühasibat işini əhəmiyyətli dərəcədə sürətləndirə və dəqiqliyini artıra bilər. Sadəcə, anlamaq lazımdır ki, hansı mühasibat məsələlərinin həlli üçün ondan istifadə etmək olar, harada ümumi avtomatlaşdırma münasibdir və harada mühasibin peşəkar mülahizəsi olmadan keçinmək olmaz.

Baxışların sayı: 14487