Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İş məkanını necə qurmaq barədə mühasibə 5 tövsiyə (3-cü hissə)

İş məkanını necə qurmaq barədə mühasibə 5 tövsiyə (3-cü hissə)

Mühasibin iş yeri – bu, mühüm yolların kəsişdiyi yerdir: maliyyə üzrə suallar, vergilər üzrə hesabat, əməkhaqqı məqamları... Beyində hiyləgər və ağıllı kombinasiyalar qurmaq və rəqəmləri hesablamaqla onları idarə etmək – elə də asan məsələ deyil. Düzgün təşkil olunmuş məkan və mühasibn rahat iş yeri maliyyə axınlarını “cəlb də edə” edə bilər, və qarışıqlıq və ciddi “problemlər” mənbəyi ola bilər.

4-cü tövsiyə. Gözlərinizi yalnız monitora zilləməyin! Və ya necə etməli ki, “eynəkli” adama çevrilməyəsiniz.

İstənilən ofis işçisinin, xüsusilə də ehtiyatlı və həssas (darıxdırıcı deyil) mühasibin ən “zəif” yeri gözləridir. Baş mühasib olduqdan sonra belə görmə qabiliyyətinizi, hətta belə deyərdik ki, qartal kimi görməni necə mühafizə etməli? Fenşuy bununla bağlı dəqiq tövsiyələr verir:

• böyük, 20-23 dyümlük (1 dyüm 2,54 sm-dir) böyük tutqun örtüklü monitora üstünlük verin;

• video-drayveri vaxtında yeniləyin;

• hər 20-30 dəqiqədən bir qısa fasilə verin və həmin vaxt ərzində telefon və ya digər cihazlara baxmayın. Nələri isə xatırlatmaq üçün, məsələn, “kofe breyk” barədə və s. xatırladan xüsusi pulsuz əlavəlar vardır;

• gözlərin gimnastikası barədə - bu, əlbəttə bəzilərində gülüş doğura bilər. Lakin, uzaqlaşan obyektləri (məsələn, həmkarınız yeni kostyum geyinib) qısa vaxt ərzində müşahidə etmək, təkcə gözləriniz üçün deyil, həm də beyninizdən ötrü faydalı ola bilər.

5-ci tövsiyə. Fel həqiqəti! Və ya şəxsi effektivliyi necə yüksəltməli

Parlaq və peşəkar jurnallar sanki bir-birilə sözləşiblərmiş kimi yazıq mühasiblərin üzərinə çoxlu sayda yeni dəbli sözlər səpələyirlər.  Onlardan biri – netvorking – işgüzar əlaqələri yoluna qoymaq və dəstəkləməklə bağlıdır. Bunu bacaran mühasibləri yaxşı xidmət gözləyir. Beləliklə, hesabatlararası fasilələrdə nə etməli? Bağlantılarınızı və yeni əlaqələrinizi genişləndirin, yardımınızı təklif edin, məsləhətlərə görə minnətdarlığınızı bildrin, dəstəklənməyinizi xahiş edin və insanlara heyranlıq bəsləyin! Hətta ən ciddi vergi agentinə belə.  

Hər şey əla olacaq!

Bəlkə yuxarıda nümunə gətirilən tövsiyələrin hansının daha real ola biləcəyi ilə bağlı nəsə soruşmaq istərdiniz? Ofis fenşuyu, o, qəbul olunan və dəstəklənən yerdə işləyir. Yaxın gələcəkdə ola bilsin ki, mühasiblər üçün zəruri olan hansısa daha bir proqram – məsələn, “Turbo mühasib fenşuy” ortaya çıxacaq. Bəlkə də siz artıq belə bir şey barədə də eşitmişiniz? 

Tarix : 24.08.2021

Baxışların sayı: 17381