Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

İş məkanını necə qurmaq barədə mühasibə 5 tövsiyə (1-ci hissə)

İş məkanını necə qurmaq barədə mühasibə 5 tövsiyə (1-ci hissə)

“Mühasib” sözü altında çalışan adamların cinsindən və yaşından asılı olmayaraq, eynək altından balans cədvəlinə baxan cansıxıcı bir insanı nəzərdə tutduğu zamanlar çoxdan keçmişdə qalıb.  Bu gün mühasib – hüceyrə səviyyəsində özündə bir çox səlahiyyətləri, mələk səbri və çalışqanlığı birləşdirən bir əməkdaşdır, müəssisənin beynidir. Bəs, bu beynin qüsusuz işləməsini necə təmin etməli? Bu sualın cavabını ofis fenşuyu (məkanın simvolik mənimsənilməsinin daoist təcrübəsi - əlverişli tsi enerji axınlarının axtarışı və ondan insanın xeyrinə istifadə edilməsi) - həyat enerjisini dəstəkləyən kompleks tədbirlərin dərinliyində axtarırıq. Gülümsədiniz? İndi isə ciddi olan barədə.      

Məkanı fenşuy üzrə qur: mühasiblər üçün 5 tövsiyə

Bütün yolların kəsişdiyi yer

Mühasibin iş yeri – bu, mühüm yolların kəsişdiyi yerdir: maliyyə üzrə suallar, vergilər üzrə hesabat, əməkhaqqı məqamları... Beyində hiyləgər və ağıllı kombinasiyalar qurmaq və rəqəmləri hesablamaqla onları idarə etmək – elə də asan məsələ deyil. Düzgün təşkil olunmuş məkan və mühasibin rahat iş yeri maliyyə axınlarını “cəlb də edə” edə bilər, və qarışıqlıq və həm də ciddi “problemlər” mənbəyi ola bilər.

Mühasiblərin xidmətində olan gizli silah

Beyninin bütün kəllə serebral hissəsinin cüt sümüyünə qədər yüklənmiş mühasibin işini yüngülləşdirmək mümkündürmü? Ofis fenşuyu əmindir ki, bunu etmək olar. Ofis həyatına 5 yaradıcı üsul gətirin və uğurlu balanslar və həyatından razı olan əməkdaşlar əldə edin. İndi hesablayaqmı?  

1-ci tövsiyə. Erqonomlaşdırın! Və ya iş məkanını necə düzgün təşkil etməli?

Bizim məqsədimiz – iş yerini optimal şəkildə təşkil etməkdir. Rahat oturmaq, uzağa getməmək və heç nəyi, o cümlədən sağlamlığı itirməmək üçün. Darıxdırıcı səslənir? Fenşuya inanın: səyləriniz çox tezliklə özünü doğruldacaq.  

“Ofis” mühasibatlığında maksimum məhsuldarlığa çatmaq üçün hansı qaydalara əməl etmək lazımdır:

“çin” darıxdırıcılığını yaxın buraxmayın. Bir iş yerinə ən azından 4,5 metr, ən yaxşısı isə 6 metr yer ayırın. Qonşu stola qədər məsafə 2 metrdən az olmamalıdır;

“kartoteka” yaradın – onun özəklərində və ya kameralarında müqavilələri, hesablaşma vərəqlərini, ilkin hesabatları saxlamaq rahatdır;

ən yaxşısını axtarın. Komputerinizin “sürətli” olması, bir neçə nüvəli və yeni softtlu, kompakt və manevrli olması arzuolunandır. Klaviaturasız və maus-suz idarə olunan monobloklu, sensorlu model - əla qərardır. Və bütün şnurlara yox deyirik. Xüsusilə də stoldan sallanan hər məftil və şnurlara;

rahat əyləşin. Yumşaq stul və ya kompüter kreslosu – fenşuy hər ikisinə razılıq verir. Ən əsası onları kürəyin dəstəklənməsi üçün düzgün “sazlamaqdır”.

2-ci hissəyə nəzər yetirin

 

Tarix : 24.08.2021

Baxışların sayı: 17417