Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Mühasibatlıq balansı (1-ci hissə)

11512 baxış

Mühasibatlıq balansı (1-ci hissə)

Balansın əhəmiyyəti və funksiyaları. Mühasibat balansı – bu, müəyyən hesabat tarixinə görə təşkilatın əmlak və maliyyə vəziyyətini pul ifadəsində əks etdirən göstəricilər sistemidir.

O, təşkilatın vəsaitlərini müəyyən tarixdə (hər ayın 1-də) onların növlər və yaranma mənbələri üzrə pul qiymətləndirilməsində ümumiləşdirir və qruplaşdırır.

Əsas funksiyaları: 

  • müstəqil mühasibat balansının mövcudluğu hüquqi şəxsin əlamətlərindən biridir;
  • maddi vəsait ehtiyatının kəmiyyət və keyfiyyət xarakteristikaları təsərrüfat subyektinin sərəncamında onun əmlak vəziyyəti haqqında rəhbərlərə, mülkiyyətçilərə və səhmdarlara məlumat verir;
  • sahibkarlıq riskinin dərəcəsini göstərir;
  • son maliyyə nəticəsini müəyyənləşdirir.

Mühasibat balansının strukturu:

Balans iki tərəfli cədvəl şəklində qurulur ki, bu da bir tərəfdən vəsaitlərin növlərini, digər tərəfdən onların formalaşması mənbələrini ayrı-ayrılıqda göstərməyə imkan verir.

Mühasibat uçotunda vəsaitlərin növləri və onların yaranma mənbələri hesablar altında şifrələnir:

Balansın aktivi - növlərindən və yerləşdirilməsindən asılı olaraq bir təşkilatdakı vəsaitlərin qruplaşdırılmasıdır.

Balansın passivi - təşkilat fondlarının formalaşma mənbələrindən və hədəf təyinatından asılı olaraq qruplaşdırılması. Hər bir həmcins növlər və ya mənbələr balansın maddələri adlanır, mühasibat uçotunda isə hər bir maddə hesab altında şifrələnir.

Aktivdə iki bölmə olur:

I “Dövriyydənkənar aktilər”;

II “Dövriyyə aktivləri”.

Passivdə üç bölmə olur:

I “Kapital və ehtiyatlar”

II “Uzunmüddətli öhdəliklər”

II “Qısamüddətli öhdəliklər”

 

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →