Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Mühasibat uçotunun mənbəyi nədir? (3-cü hissə)

28.07.2022 762 baxış

1400-ci illərin sonuna qədər bu məlumatlar bütün rəqəmlərlə - məbləğin ödənilməsindən, ödəniləcəyindən və ya başqa bir şəkildə hesablanmasından asılı olmayaraq, bir sütunda hekayə dili üslubunda təşkil edilmişdi. Bu “birdəfəlik” mühasibatlıq adlanırdı.



Birdəfəlik mühasibatlıq sisteminin nümunəsini təqdim edirik. Qeydlərin tarixi, təsviri ilə necə yerləşdirildiyini və məbləğ sütununda borclu və ya əldə edilmiş simvol olub-olmadığını görə bilərsiniz.
































Tarix



Predmetin detalları



Sayı



Bazar ertəsi, 12 may



Bir kisə toxum aldım



-48.00 dollar



Bazar ertəsi, 12 may



Üç toyuq satıldı



+48.00 dollar



Çərşənbə, 14 may



Komod satın aldım



-900.00 dollar



Çərşənbə, 14 may



İllik yumurta satıldı



+900.00 dollar




Mühasib aylıq mənfəət və ya zərər kimi sadə bir şey hesablanması zamanı məbləği çıxmaq və ya əlavə etmək üçün qərar qəbul etməkdən ötrü hər bir qeydin təsvirini oxumalı idi. Bu çox ağır zəhmət tələb edən və səmərəsiz bir hesablama metodu idi.



Riyaziyyatçı rahib



15-ci əsrdə yüksək səviyyəli elmi və fəlsəfi araşdırmalar aparan rahiblərin ənənəsi çərçivəsində italiyalı rahib Luca Paçoli mühasibat uçotunun ümumi strukturunu yeniləyərək, müasir mühasibat uçotunun əsasını qoymuşdur. Geniş ictimaiyyətə “Mühasibat uçotunun atası” kimi tanınan Luka Paçoli, mühasibat uçotu üçün ikili qeydiyyat sisteminin üstünlüklərinin nümayiş olunduğu “Summa de Arithmetica, Geometria, Proportioni et Proportionalita” (Aritmetika, Həndəsə, Proporsionallıq və mütənasibliyin qısa xülasəsi) adlı dərs kitabını 1494-cü ildə nəşr etmişdir.





İdeya ondan ibarət idi ki, bir təşkilatın resurslarını digər təşkilatlar tərəfindən bu resurslara qarşı hər hansı tələbdən ayrı olaraq sıralamaq idi. Sadə formada bu, ayrı-ayrı debet və kreditlərlə balansın yaradılması demək idi. Bu yenilik mühasibat uçotunu daha səmərəli etmiş və şirkətlərin ümumi gücü barədə daha aydın təsəvvür yaratmışdı. Ancaq, bu qeyd yalnız mühasibi işə götürən sahibkar üçün edilirdi. Ümumi ictimaiyyətin bu cür qeydlərə girişi yox idi - ən azından hələ yox idi.



İkili qeydiyyat sistemi bax bu cür təsəvvür oluna bilərdi. Siz burada debet və kreditlər üçün iki ayrı sütun, eləcə də hər bir əməliyyatın təsviri və ödəniş üsulunu görə bilərsiniz: pul və ya mallar. Sözügedən halda by toyuqlar, toxum, yumurtalar və mebeldir.





























































 



 



debet



kredit



Satılmış toyuqlar



Debet nağd



48.00 dollar



-



Satılmış toyuqlar



Kredit toyuqlar



-



48.00 dollar



Toxum aldım



Debet toxum



48.00 dollar



-



Toxum aldım



Nağd kredit



-



48.00 dollar



Satılmış yumurta



Debet nağd



900.00 dollar



-



Satılmış yumurta



Kredit yumurta



-



900.00 dollar



Kamod aldım



 Debet mebel



900.00 dollar



-



Kamod aldım



Nağd kredit



-



900.00 dollar




Amerikaya gəlişi



Mühasibatlıq Amerikaya Avropa müstəmləkəçiliyi ilə birgə keçid etmişdi. Bəzən mühasibatlıq adlandırılsa da, mühasiblər hələ də sahibkarlar üçün əsas məlumatların daxil edilməsi və hesablaşma əməliyyatlarını həyata keçirirdilər. Bununla belə, sözügedən müəssisə sahiblərinin bu prosesdə şəxsən iştirak etməsi və şirkətlərinin maliyyə vəziyyətindən xəbərdar olması üçün kifayət qədər kiçik idi. Müəssisə sahiblərinin mürəkkəb maliyyə hesabatları və ya xərc-fayda analizləri hazırlamaq üçün peşəkar mühasiblərə ehtiyacları yox idi.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →