Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (5-ci hissə)

Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (5-ci hissə)

Mühasibat şirkətini seçərkən səhv etməmək barədə danışmaq zamanı gəlib çatıb, bu zaman nəyə xüsusi diqqət yetirmək lazımdır.   

Əks halda risk sizin üzərinizə düşəcək.

Sizə xidmət göstərən şirkətin sığortalı məsuliyyəti sizə heç bir şəkildə şamil edilmir. Və bu kimi hallar sığorta təzminatının ödənilməsini təmin etmir. Şirkət yalnız mühasibat uçotunda yol verdiyi səhvlərə görə, özü də həmin səhvlər sizin təqsiriniz üzündən baş verməyibsə məsuliyyət daşıyır.

Eləcə də məsuliyyəti sığortalanmayan şirkət də eyni ilə öz səhvlərinə görə cavab verməli olur. Bu cür məsuliyyət və baş vermə halları, mühasibat xidmətləri müqaviləsində göstərildiyi təqdirdə yetərlidir.

Nəticə. Müqavilədə nəzərdə tutulduğu təqdirdə sizə xidmət göstərən mühasibat şirkətinin təqsiri üzündən vurulmuş zərərlər ödəniləcəkdir. Özü də şirkətin məsuliyyətinin sığortalı olub-olmamasından asılı olmayaraq.

Yerləşdiyi məkan

Şirkətin yerləşdiyi məkan böyük əhəmiyyət kəsb edirmi? Kommunikasiyaların inkişafının müasir səviyyəsində bu amil daha çox sırf psixoloji əhəmiyyətə malikdir.

Sizə elə gəlir ki, firma daha yaxınlıqda yerləşirsə, daha rahatdır. Lakin nəzərə alsaq ki, siz əlaqəni telefon, internet vasitəsilə həyata keçirirsinizsə və sənədləri ayda bir dəfə gətirmək lazım gəlirsə, bu, həmin amilin cüzi olması anlamına gəlir. Üstəlik, sizə lazım olan sənədlərin arxasınca istədiyiniz vaxt sizə xidmət edən təşkilatın kuryeri gələ bilər.

Əlbəttə ki, mühasibin ixtisasını təsdiq edən sənədlərlə, təşkilatın özünün sənədləri ilə tanış olmaq lazımdır. Bu aydındır.

Beləliklə, biz hər hansı bir mühasibat şirkətinin seçimi zamanı həqiqətən diqqət yetirməyin vacb olduğu əsas məqamları nəzərdən keçirdik.

Tarix : 14.10.2021

Baxışların sayı: 15501