Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (4-cü hissə)

Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (4-cü hissə)

Mühasibat şirkətini seçərkən səhv etməmək barədə danışmaq zamanı gəlib çatıb, bu zaman nəyə xüsusi diqqət yetirmək lazımdır.   

Sadəcə biz hər şeyi düzgün başa düşməmişik. Yeri gəlmişkən, bütün bunlar da elə buna hesablanıbmış.

İndi isə hələlik bizim suala qayıdaq.

Bəs onda mühasibatlıq şirkətini necə seçək?

Biz seçirik, bizi də seçirlər... (mifləri aradan qaldırırıq)

Birincisi, öz fəaliyyətinizin miqyasını qiymətləndirin. Bu, işçilərin sayı, istehsal həcmi, fəaliyyət növlərinin sayı və bir çox digər amillərdir. Bəlkə sizin şirkətin bütöv bir mühasib heyətinə ehtiyacı var. Bu halda, əgər onlar üçün ayrı bir sahə verirlərsə, mühasibat xidmətləri üçün kənar təşkilatlara müraciət etmək mümkündür: məsələn, əməkhaqqı və kadrlar məsələsi.

Bütün digər hallarda isə mühasibat şirkətini seçərkən aşağıdakı məqamlara diqqət yetirin.

Hər sifarişçiyə fərdi mühasib

Bu halda öz sualınızla kiməsə müraciət etməyinizə və ya sənədlərin tərtib olunması zamanı səhvin kim tərəfindən buraxılması və s. kimi məsələlərin aydınlaşdırılmasına ehtiyac olmayacaq. Bu yanaşmanın bütün üstünlüklərini yuxarıda nəzərdən keçirdik. Gələcəkdə sizə xidmət edəcək mühasiblə şəxsən tanış olmaq lazımdır. Unutmayın ki, hər yerdə əsas rolu insan amili oynayır.

Sığortalanmış peşəkar məsuliyyət

İlk baxışda ciddi bəyanatdır. Amma, gəlin, bu bölməni komponentlərə ayıraq.

Birincisi, əgər təşkilat sığorta ilə bağlı bəyan edirsə, sığorta ödənişinin məbləği ilə sığorta polisinin təqdim olunmasını xahiş edin. Hər şey qaydasındadır? Əla, şirkət özünü risklərdən sığortaladı. Bəs siz? Əgər dürüst biznes aparırsınızsa, “birgünlük” qeyri-qanuni sxemlərdən və firmalardan istifadə etmədən, ilkin sənədləri vaxtında təqdim etsəniz, hər şey yaxşı olacaq.

 

Tarix : 13.10.2021

Baxışların sayı: 15400