Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (3-cü hissə)

Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (3-cü hissə)

Mühasibat şirkətini seçərkən səhv etməmək barədə danışmaq zamanı gəlib çatıb, bu zaman nəyə xüsusi diqqət yetirmək lazımdır.   

Beləliklə, indi öyrəndiyimiz kimi, mühasibat xidmətlərinin dəyəri daha çox göstərilən xidmətlərin keyfiyyətindən deyil, digər amillərdən asılıdır.

Siz nəyə görə ödəniş etmək istəyirsiniz,  nə qədər ödəniş etməyə hazırsınız, yekunda siz öz pulunuza nə əldə etmək istəyirsiniz, buna özünüz qərar verirsiniz.

Ədalət naminə demək lazımdır ki, elə təşkilatlar və elə özəl mühasiblər vardır ki, onların xidmətləri sözün əsl mənasında qəpik-quruşadır. İndi biz onların iş qaydasını təhlil etməyəcəyik, sadəcə onu deyə bilərik ki, belə təşkilatların sayəsində bizdə mühasibat uçotunun bərpası xidməti daha çox tələb olunur. Yenə də onların sayəsində bizim hüquq şöbəmiz də işsiz qalmır, çünki bir çoxları üçün öz firmalarını təcili şəkildə ləğv etdirmək zərurəti yaranır.

3. Kiçik tövsiyələr və ya kiçik hiyləgərliklər

Vəziyyəti nəzərdən keçirək. Bir çox mühasibat təşkilatlarının saytlarında “bizim müştərilər” və ya “bizim tərəfdaşlar” bölmələrində çoxlu sayda iri, bütün tanınmış şirkətlər təmsil olunur: banklar, internet-provayderlər, telefon şirkətləri, aviaşirkətlər və s.

Təbii ki, əgər hər hansı bir təşkilat bizim ehtiyac duyduğumuz müəyyən bir xidməti təqdim edirsə, bizdə belə təəssürat yaranır ki, tərəfdaş qismində təqdim olunan bu tanınmış şirkətlər həmin xidmət üçün məhz, buraya gəliblər. Bizim halda belə bir nəticəyə gəlirik ki, onların hamısı mühasibat müşaiyəti ilə bağlı xidmətləri burada alırlar. Hiss edirsiniz, son şübhələr də necə aradan qalxır? Bax, güvənə biləcəyimiz odur – sizinlə biz düşünürük və qərar veririk ki, seçimimiz düzgündür.

Lakin, bir qədər ayaq saxlayaq və daha bir neçə sayta da baxaq. Beləliklə, biz nələri görürük? Həmin təşkilatlar müxtəlif variasiyalarda bir çox konsaltinq firmalarında da təmsil olunublar. Məsələ nədən ibarətdir? 

Hər şey çox sadədir. Şirkətin hesablaşma hesabı bu bankda açılıb, telefon şirkəti onların operatorudur, şirkətin əməkdaşları bu aviaşirkətlə istirahətə uçublar və sair.

Tarix : 12.10.2021

Baxışların sayı: 15439