Mühasibat firmaları ilə bağlı bütün həqiqətlər - sirləri açırıq (1-ci hissə)
Mühasibat şirkətini seçərkən səhv etməmək barədə danışmaq zamanı gəlib çatıb, bu zaman nəyə xüsusi diqqət yetirmək lazımdır.
Reklam – mühərrikdir... və ya mühasibatlıq şirkətlərinin fəndləridir
İnterneti açıb, axtarışda “mühasibat xidmətləri” sözlərini yazırsınız və dərhal qarşınıza mühasibatlıq xidmətləri təklif edən yüzlərlə səhifə çıxacaq. Hər bir şirkət daha əlverişli işıqda görünməyə çalışaraq öz xidmətlərini və danılmaz üstünlüklərini tərifləyir.
Nə etmək olar. Bunun belə olması tamamilə mümkündür. Ancaq, düşünün, şəxsən siz nə əldə etmək istəyirsiniz? Ola bilsin ki, onların bəzi üstünlükləri sizdən ötrü çatışmazlıqlara çevriləcək.
Gəlin aydınlaşdıraq.
Qiymət – keyfiyyətdir və ya xəsis iki dəfə ödəniş edir
Bir çox şirkətlər bizə təlqin edirlər ki, nə qədər bahalıdırsa, bir o qədər yaxşıdır. Və yaxud yaxşı şeylər ucuz ola bilməz. Bu, mühasibatlıq şirkətlərinə də tətbiq olunur. Bizim kimi yüksək səviyyəli mütəxəssislərin xidmətləri ucuz ola bilməz – onlar belə deyirlər.
Həqiqətən də, mövcud rəyə görə, qiymətin keyfiyyəti təyin etdiyinə inanılır. Axı, keyfiyyətsiz xidmətlər kimə lazımdır ki? Bizə yox, sizə necə? Ancaq, heç kim artıq ödəniş də etmək istəmir. Buna görə də, mühasibat xidmətlərinin dəyərinin nə olduğunu təhlil etmək lazımdır.
1.Ölçü əhəmiyyət daşıyırmı?
Əla bir ofisdə yerləşən, çoxsaylı əməkdaşlara malik iri, məşhur bir firma və ya kiçik bir təşkilat? Hansını seçməli?
Məşhur bir aksiomu xatırlayaq – “Zəncir özünün ən zəif bəndindən möhkəm ola bilməz”. Və zəncir nə qədər uzundursa, ən zəif bəndi aşkara çıxarmaq bir o qədər çətin olur. Həqiqətən də, iri şirkətin mənfi cəhətlərindən biri odur ki, ümumi fonda yaramaz əməkdaşı vaxtında aşkara çıxarmaq mürəkkəb bir işdir. Hər bir əməkdaş bir neçə şirkətin işlərini apardıqda, keyfiyyətsiz iş itirilir, yəni, yoxa çıxır, səhvlər vaxtında fərq edilmir.
Yaramaz mühasiblərə həm kiçik, həm də ən iri təşkilatlarda, bir sözlə hər yerdə rast gəlinir. Lakin, kiçik firmada adamın işinin öhdəsindən necə gəldiyi dərhal görünür. Buraxılan səhvlər daha tez aşkara çıxarılır və aradan qaldırılır. Sadəcə ona görə ki, işə daha çox vaxt və diqqət ayrılır. Axı, belə təşkilatlarda hər bir əməkdaşın işlə yüklənməsi, iri şirkətdə olduğundan çox aşağıdır.
İri şirkətlərdə sahələri mühasiblər arasında bölüşdürmək qəbul olunub. Yəni, sizin uçotu, konkret bir mühasib deyil, fərqli sahələr üzrə müxtəlif sənədlərlə işləyən dərhal bir neçə mühasib aparır. Bir qayda olaraq onlar, yalnız öz sahələrində ixtisaslaşan, təcrübəsi olmayan gənc mütəxəssislərdir.
Tarix : 25.08.2021
Baxışların sayı: 17405