Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib üçün 8 sadə məsləhət (9-cu hissə)

Mühasib üçün 8 sadə məsləhət (9-cu hissə) 

Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək

 

1. Kompüterinizə uzaqdan qoşula biləcəyimiz Any Desk proqramını yükləyirik və texniki məsələləri həll edirik.

2. İş stolu – zəruridir. Evdə mühasibin çalışmasından ötrü ən azından bir yer təşkil etmək lazımdır.

3. Evdəkilərin məşğul olduğunuzdan xəbərdar olmaları üçün hansısa bir nişan və ya siqnal qoyun. Məsələn, stolun üzərində qırmızı rəngdə fincan, çiyinlərinizdə yaylıq, bir sözlə, sizə indi yaxınlaşmağın mümkün olmadığını bildirən istənilən bir nişan: “Əl vurma – öldürər!” Onlar bu 30 dəqiqə ərzində sizə toxunmayacağınızı bilsinlər, çünki siz balansı yoxlayırsınız, səhvləri axtarırsınız, ƏDV bəyannaməsini formalaşdırırsınız.

4. 52/17 formulundan istifadə edin. Bütün təcili işləri həmin 17 dəqiqə ərzində yerinə yetirin. Maraqların balansını axtarın – həyat və iş.

5. İş geyimində olun. Həmin paltarı geyinməklə siz psixoloji olaraq iş rejiminə köklənirsiniz. Ev geyimində sizin beyniniz heç də həmişə işə yönəlmir.

8-ci məsləhət: hobbinizi və mühasibat uçotunu əlaqələndirməyi sınaqdan keçirin

1-ci hal

Siz bağ evinizi sevirsiniz və yayda vaxtınızın çoxunu orada keçirirsiniz? Onda siz bağçılıq qeyri-kommersiya birliyində kassir, xəzinədar, təftiş komissiyasının üzvü kimi çalışa bilərsiniz. Siz öz hobbinizi peşəkar fəaliyyətinizlə əlaqələndirə bilərsiniz.

2-ci hal

Siz kifayət qədər təcrübə toplamısınız və öz nailiyyətlərinizi, təcrübənizi bölüşməyə ehtiyac hiss edirsiniz? Müəllimlik fəaliyyətini sınaqdan keçirin. Yeni başlayan mühasiblər üçün yerli sahibkarlar ittifaqı nəzdində kurslar çox uyğun gələcək: belə kurslar hər yerdə, istənilən məşğulluq mərkəzində var.

Mühasibat uçotu ilə hobbinizi əlaqələndirməyiniz sizə əlavə gəlirlər gətirə bilər. Lakin gəlirin kiçik miqdarı qeyri-maddi obyektlər tərəfindən kompensasiya ediləcəkdir: sizin xidmətlərinizin etirafı, müxtəlif dairələrdə məşhurluq, özünüreklam, tanışlıq dairəsinin genişlənməsi.

Tarix : 23.08.2021

Baxışların sayı: 17402