Mühasib üçün 8 sadə məsləhət (8-ci hissə)
Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.
Münasibətlərin sənədləşdirilməsi üsulları
-Əmək müqaviləsi – gələcək pensiya nöqteyi-nəzərindən ona ən çox üstünlük verilir. Eləsə də ən stabil variantdır. Əsas iş yeri ilə paralel tərtib edilir. İndi hətta bu, əlavə iş yeri deyildir, vaxtınız imkan verdiyi qədər siz əmək müqaviləsi bağlaya bilərsiniz.
-Müqavilələr – podrat və ya ödənişli xidmət göstərilməsi. Birdəfəlik çalışma, hətta mühasibat ixtisası ilə bağlı olmaya da bilər. Bu da Pensiya fondunda hesabınızı artıra bilər.
-FS (fərdi sahibkarlıq) – bu, artıq sərbəst kommersiya fəaliyyətinin elementidir. Müştəriləri özünüz tapmağa hazır olun və sığorta haqlarını ödəyin.
-PGV (peşəkar gəlirdən vergi) – birdəfəlik çalışma üçün ən rahat olanıdır. Hesablaşmalar üçün ayrı bir bank kartı yaratmaq vacibdir.
Əlavə çalışmada ən əsası – maraqlar və vəzifələrin balansını qorumaqdır.
7-ci məsləhət: əgər məsafədən çalışrsınızsa, qaydalara riayət edin
Mühasibat uçotu ona görə maraqlıdır ki, istədiyin yerdə işləyə bilərsən. 2020-ci ildə bunu öyrəndim. Biz onlayn xidmətlərindən istifadə etməyi öyrəndik, sənəd dövriyyəsini, elektron imzanı mənimsədik. Öz peşəkar dünyagörüşümüzü genişləndirdik. Mühasib peşəsi bizlərə məsafədən işləməyə imkan verir.
Məsafədən çalışmanın qaydaları
1. Müştərinin kompüterinə proqram quraşdırmadan öz saytınızda onlayn-xidmət göstərən bankı seçirik ki, siz istənilən kompüterdən ödənişləri etmək, çıxarışları çap etmək, txt-də öz proqramına daxil etmək üçün çıxarışları yükləyə bilməkdən ötrü həmin banka daxil ola bilərsiniz.
2. İnternet hesabatlarının təhvil verilməsini rəsmiləşdiririk. Məsələn, Kontur.Eksterni tövsiyə edirik.
3. Sənəd dövriyyəsini düşünüb tapırıq və təşkil edirik. Məsələn, onlayn xidmət vasitəsilə.
4. Sizin texniki mütəxəssislərinizin koordinatları həmişə əlimizin altında olacaq.
Tarix : 21.06.2021
Baxışların sayı: 18354