Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib üçün 8 sadə məsləhət (7-ci hissə)

Mühasib üçün 8 sadə məsləhət (7-ci hissə) 

Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.

5-ci məsləhət. Fasiləsiz öyrənin – bu, karyerada yeni mərhələlərdir, inkişaf üçün enerji və gəliri artırmaq imkanıdır      

Peşəmizin xüsusiyyətlərindən biri: yenilikləri müstəqil olaraq, özünü öyrənmə prosesində, kollektiv olaraq izləyə bilərik. Biz əyani seminarlara, mühasiblər və baş mühasiblər üçün məsafədən vebinarlara baş çəkə bilərik, peşəni dəyişdirmək üçün ixtisasartırma kurslarına və hətta peşəkar yenidən hazırlaşmaqla bağlı kurslara keçə bilərik:

-mühasib idik, vergi məsləhətçisi və ya baş mühasib olacağıq;

-baş mühasib idik, maliyyə təhlilçisi və ya hətta maliyyə direktoru olacağıq.

6-cı məsləhət: əgər yeni biliklər və əlavə qazanc əldə etmək istəyirsinizsə, mühasibatlıqla bağlı əlavə iş yeri götürün

Biz niyə əlavə iş götürə bilərik? Çünki peşəmizin üç danılmaz üstünlüyü var:

-mühasiblər universaldırlar – biz istənilən sahədə işləyə bilərik: bu gün tikintidə, sabah mədəniyyət sahəsində;

-bizə tələbat duyulur – hamıya mühasibat uçotu lazımdır, hamıya vergitutma lazımdır, hamını vergilərin optimallaşdırılması məsələləri maraqlandırır, bütün şirkətlərdə hamı savadlı maliyyəçinin olmasında maraqlıdırlar;

-peşədə bir standartlıq var: bütün hesabatlar və balanslar eyni formadadır, bütün ilkin sənədlər standartdır, yeni bir şey yoxdur.

Əlavə işin səbəbləri:

-Maddi - biz altruistlər deyilik;

- Peşəkar bacarıqların genişləndirilməsi;

-Dost yardımı;

-Yeni istiqamətə cəhd etmək arzusu.

Əlavə işi necə axtarırıq?

-tövsiyələr üzrə;

-elanlar üzrə;

-tələbat üzrə.

Tarix : 16.06.2021

Baxışların sayı: 18632