Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib üçün 8 sadə məsləhət (5-ci hissə)

Mühasib üçün 8 sadə məsləhət (5-ci hissə) 

Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.      

Cari işi yerinə yetirməyə imkan verən iki dəqiqə qaydasından istifadə edin. Mahiyyət: əgər tapşırıq iki dəqiqədən çox vaxt aparmırsa (siz onu necə həll etməyi bilirsiniz, sadəcə onu yerinə yetirmək üçün azacıq vaxt lazımdır) – onu ilk imkanda yerinə yetirin.   

Nümunə

Tapşırıq: işçiyə gəlir vergisi ilə bağlı arayışı hazırlamaq və təqdim emək. Belə kiçik tapşırıqları sonraya saxlasanız, onlar yığılıb qalar və əhvalnızı poza bilər, buna görə də onları həll etmək və unutmaq lazımdır.

Həlli: 52/17 sxemindən istfadə edirik. İşçidən bir saat və yarım saat sonra gəlməyini xahiş edirik. Arayışla diqqətimizi yönəltdiyimiz işin yerinə yetirilməsi mərhələsini başa çatdırdıqdan (52 dəqiqədən sonra) sonra məşğul olacağıq. Rahat şəkildə tələb olunan arayışı çapa veririk.

Mühasibatın cari işlərinin təşkilində bu yanaşmalardan istifadə edirik. İşinizi sonraya saxlamayın, yoxsa ertəsi gün iki dəfə çox işləməli olacaqsınız.

4-cü məsləhət. Qanunvericiliyin monitorinqini aparın – mühasib dəyişikliklərdən xəbərdar olmalıdır

Mən öz peşəmi niyə sevirəm? Ona görə ki, təhsil aldığım vaxtda əldə etdiyim bacarıq və vərdişlərdən əlavə olaraq daim yeni şeylər öyrənməli oluram. Çünki məni bəzi mühasibat qaydalarına, Maliyyə Nazirliyinin bəzi qanunlarına və təlimatlarına əsasən dərs keçiblər və indi isə onlar tamamilə fərqlidirlər. Bax, məhz, bu axın – qanunvericlilikdəki dəyişikliklərin monitorinqi, izlənilməsi, real vaxtda öyrənilməsi – mənə çox yaxındır.

Həyat işıq sürəti ili dəyişir, baş mühasib isə həmin dəyişiklikləri anında öyrənməklə həmişə fərqlənir. Hər dəfə direktorun yanında keçirilən planlaşdırmaya gedərkən, qanunvercicilikdə dəyişikliklərin olub-olmaması barədə kim xəbər verir? Hüquqşünas? Xeyr. Bu, baş mühasibdir, çünki biz artıq Vergi məcəlləsinin, Mülki məcəllənin dəyişdiyini bilirik və ümumiyyətlə, Maliyyə Nazirliyindən gələn yeni məktublarla tanış olmuşuq.  Biz bunu haradan bilirik? Çünki monitorinq etmişik. Bu, bizim sizinlə işimizin bir hissəsidir. Əgər mən əvvəllər monitorinqi 17 dəqiqəlik təxirə salmışamsa, indi bu, mənim işimin ən mühüm tərkib hissəsidir və 52 dəqiqəyə daxildir. Əks təqdirdə o qədər sənəd daxil ola bilər ki, siz onları izləyə bilməzsiniz.

Tarix : 26.05.2021

Baxışların sayı: 18896