Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib üçün 8 sadə məsləhət (4-cü hissə)

Mühasib üçün 8 sadə məsləhət (4-cü hissə)

Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.   

3-cü məsləhət. Mühasibatlığın cari dövriyyəsini ram edin: həmin işləri sürətlə və dərhal yerinə yetirin və irəliyə doğru gedin

Kassa üzrə əməliyyatlar hər gün həyata keçirilir, cari hesabdakı əməliyyatlar hər gün aparılır, təchizatçılar, podratçılar, alıcılar və müştərilərlə hesablaşmalar hər gün mühasibat uçotunda əks olunmalıdır. Əgər siz bu gün hansısa əməliyyatı sonraya saxlasanız, onda ertəsi gün həmin əməliyyatlar qar ucunu tək üzərinizə yığılacaq. Xüsusilə də əgər siz evdən çalışırsınızsa, bununla mübarizə aparmaq lazımdır.

Əməyi təşkil edin. Pul vəsaitlərinin daxil olması barədə xidmət bankından SMS-xəbərdarlıq funksiyasını qoşun. Bu, gündə bir neçə dəfə sizi bankın saytına daxil olmaqdan qurtaracaq, hər şeydən xəbərdar olacaqsınız: pullar gəldi, ödənişlər həyata keçirildi. Hətta, əgər hansısa filialda yoxlamadasınızsa və ya müdirin kabenetindəsinizsə, siz bütün işlərdən xəbərdar olacaqsınız – hər şey telefonunzda olacaq. Və əgər baş direktor həmin anda sizdən nələrisə öyrənmək istəzə, siz işlərin nə yerdə olduğunu dərhal deyə biləcəksiniz.

Elektron sənəd dövriyyəsini mənimsəməyə başlayın. Bu, kağızların sayını və emal müddətini azaldacaq. Biz onlayn xidmətlərdən, arxivlərdən, elektron imzalardan istifadə edirik, ilkin elektron sənədlərin mübadiləsini həyata keçiririk. Bizə kağız sənəd gətirirlər: onunla təkcə tanış olmağa 2-3 dəqiqə vaxt gedir, sonra isə onu daxil etmək lazımdır. Bir hesab-fakturanın emalına 5-7 dəqiqə sərf edəcəyik: onu daxil etmək və yoxlamaq lazımdır, təchizatçı yenidirsə, onu jurnala da qeyd etmək lazım gəlir. Amma, elektron hesab-fakturalarla bütün işlər özü yerinə yetirilir: debet-kredit provodkası avtomatik olaraq işə düşür. Və ya həmin sənəd ştrix-şifrəlidirsə və onu skan ediriksə, o proqramda avtomatik olaraq görünəcəkdir. Hətta o, yeni təchizahtçıdırsa belə, bundan sonra yeni rekvizitlər bizim kompüterimizdə olacaqdır. Bu həm sürətli, həm də çox rahatdır.

Kompüter proqramı ilə işləmək üçün dərslər alın. Bütün qoyulmuş funksiyalardan istifadə etməyi müstəqil surətdə öyrənmək çətindir. Həmişə tanış olmayan bir şey ortaya çıxacaq, amma, öyrəndikləriniz həmin anda həyatınızı asanlaşdıracaq. Əgər siz mühasibat proqramının bütün funksionallığından istifadə etməyi öyrənmisinizsə, peşəkar vaxtınıza qənaət edəcək və səmərəli işləyəcəksiniz.

Tez-tez istifadə etdiyiniz saytların əlfəcinlərini yaradın. Tez-tez istifadə etdiyiniz saytları seçin: Kontur.Məktəblər tədris materialları, elektron hesabatların verilməsi, sənəd dövriyyəsinin elektron sistemi, digər saytlar.

Tarix : 21.05.2021

Baxışların sayı: 19114