Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Mühasib üçün 8 sadə məsləhət (2-ci hissə)

19.05.2021 19466 baxış

Mühasib üçün 8 sadə məsləhət (2-ci hissə)



Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.   



2-ci məsləhət. Səmərəli olmaq və balansı saxlamaq üçün mühasibin vaxt menecmentini tətbiq edin



Biz zamana bağlıyıq: vergiləri vaxtında ödəməli, hesabatları təhvil verməli, maaşları zamanında hesablamalı və ödəməliyik. Belə bir metodu sınaqdan keçirin.



52/17 metodu: aparıcı amerikan və rus sosioloqları işləyib hazırlayıb



52/17 metodunun mahiyyəti:



52 dəqiqə ərzində intensiv, məqsədyönlü və konsentrasiyalı işləmək. Həmin vaxtdan sonra məhsuldarlıq aşağı düşür: siz bundan sonra sadəcə oturub hansısa sənədə baxacaqsınız, bunun bir faydası olmayacaq, siz işləyə bilməyəcəksiniz – orqanizm fasilə tələb edir.



17 dəqiqə - istirahət edirsiniz:



- kürəyinizə və gözlərinizə istirahət verin, diqqətinizi bir qədər işdən yayındırın;



- ayağa qalxın, gəzişin, bir neçə gimnastika hərəkətləri edin, qan yaxşı dövr etsin deyə, əllərinizi və barmaqlarınızı oynadın. Əgər 17 dəqiqə ərzində monitora baxmaq istəmirsinizsə, sadəcə iş stulundan ayağa qalxıb ayaqlarınızın qan dövranını tənzimləyin;



- ayaqüstə dayanıb, stolun üzərindəki və rəflərdəki qovluqları yerbəyer edin, sənədləri qaydaya salın;



- əgər evdən işləyirsinizsə, balkona çıxın və təmiz hava udun. Bu, çətin tapşırığın həllindən əvvəl özünüzü toparlamaq üçün yetərli olacaq;



- ən azından pozanızı dəyişin. 



52 + 17 = 1 saat 20 dəqiqə. Bu universitetdə bir qoşa saat edir. Bu vaxt-menecment hələ SSRİ dövründən hesablanıb: son 20 dəqiqəni mühazirəçi söylədiklərini yekunlaşdırmağa həsr edirdi.



Əgər mürəkkəb bir vəzifəni həll etmək lazımdırsa, növbəti 52 dəqiqə başlamazdan əvvəl onu təxirə salın.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →