Mühasib üçün 8 sadə məsləhət (1-ci hissə)
Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.
Ötən ilin aprel ayından noyabr ayına kimi hamı evdə oturmağa məcbur olmuşdu – bu, bizi hövsələdən çıxarmışdı. İşə çıxmağa macal tapmamış, əməkdaşların 30-40 faizi evdən çalışmağa göndərildi ki, mühasib də ilk növbədə həmin siyahıya düşənlərdən biri oldu.
Hamımız həyatımızı necə qurmaq, mühasib və ya baş mühasib olmaq, eləcə də bütün evə xidmət etməklə bağlı seçim etmək kimi bir vəziyyətə düşdük. Bir çoxlarından ötrü uşaqların təhsili, evdən işləyən digər qohumlarla qonşuluq etmək kimi problemlər də ortaya çıxdı ki, bütün bunlar mühasibatlıq peşəmizlə bağlı narahatlıq, işlə bağlı müəyyən gərginliklər yaratdı.
Bu tövsiyələr mühasibat və təsərrüfat fəaliyyətini dayandırmadan və eyni zamanda başqalarını minimum dərəcədə narahat etmədən iş axınınızı təşkil etməyə kömək edəcəkdir.
1-ci məsləhət. Öz iş yerinizi elə təşkil edin ki, yorulmayasınız və işləmək rahat olsun
İş yerinin erqonomikasına diqqət yetirin: diqqətinizi heç nə dağıtmasın deyə, həmin yer rahat olmalıdır.
1. Yaxşı olardı ki, ofis stolu və tənzimlənən stul və ya kreslo (kürək tərəfin hündürlüyü və dirsəklənmək üçün yerin olması vacibdir) olsun. İşdə və ya ofisdə çalışmağınızdan asılı olmayaraq, adi stol və stuldan uzaq durun. Sovetlər dövründə olan dörd ayağı olan taburet və ya stulları birdəfəlik unutmaq lazımdır.
İş yeriniz nə qədər rahat olarsa, sizin əməyiniz daha səmərəli və məhsuldar olacaqdır.
2. Səs-küyü aşağı salan qulaqcıqlardan istifadə edin: qulağınıza taxan kimi özünüzü ətraf qıcıqlandırıcılardan izolə etmiş olacaqsınız:
- bu, telefonlar, danışıqlar və digər səs mənbələrini minimallaşdırmağa imkan verir;
- bu, mühasibi narahat etmək istəyən əməkdaşı dayandıracaq.
Amma! Qulaqcıqda musiqi səsləndirməyin: müasir gənclərin işə yanaşması – daim nəsə dinləmək – bizim işdə keçərli deyil, çünki diqqətimizi cəmləşdirmək gərəkdir, biz sənədlər və rəqəmlərlə işləyirik, iş obyektini öyrənirik və istənilən musiqi səs-küy kimi qıcıq yaradır – diqqəti yayındırır. Qulaqcıqlar yalnız səsdən izolə üçündür.
2. Stolun üzərində və altında elektrik naqilləri minimum sayda olmalıdır. Birincisi, həmin naqillər estetik görünüşü pozur, ikincisi narahatlıq yaradır, gəzərkən, onlara ilişib yıxıla bilərsən. Əgər siz məişət texnikasını evdə qarşı tərəfdəki divarın rozetkasına taxmaq məcburiyyətində qalmısınızsa, onda kabelləri perimetr üzrə aparın – qoy bu uzunluğu çox olan elektrik uzadıcısı olsun. Stolun altında olan naqilləri isə skotçla stolun ayaqlarına bərkidin.
Tarix : 18.05.2021
Baxışların sayı: 19538