Mühasib üçün 8 sadə məsləhət (3-cü hissə)
Məsləhətlər müasir şəraitdə evdən peşəkar fəaliyyətlə məşğul olmağa kömək edəcək.
4D metodu
Amerikalı biznes-məşqçi, D hərfi ilə yalnız dörd sözü yadda saxlamaq lazım olduğunu iddia edir və sonra dağlar qədər işlərin qarşısından belə, qorxmayacağınızı bildirir:
-Do, to do – “etmək” feli. Yəni, problemi həll edirik, özümüz edirik. Məsələn: ƏDV üzrə bəyannaməni tərtib edirik – bu, birbaşa sizin vəzifənizə daxildir. Ona görə oturun və növbəti 52 dəqiqənin lap əvvəlindən ona köklənin. Bunu siz edirsiniz. Bu sizin etməli olduğunuz bir işdir – başqa variant yoxdur.
-Delegate (“tapşırmaq”) – problemin həllini öz köməkçilərinizə həvalə etmək. Öz tapşırıqlarınızın bir hissəsini tabeliyinizdə olanlardan birinə tapşırırsınız. Məsələn, ƏDV üzrə bəyannaməni özünüz edirsiniz, satınalmalar üzrə kitabdakı qeydlərin yoxlamağı isə tabeleyinizdə olanların birindən xahiş edirsiniz. Bu əməyin təşkili deməkdir, bu, hər şeyi öz üzərinizə götürməmək üçün baş mühasibin məharətliliyi deməkdir.
- Delete (“silmək, yox etmək”) - əgər sizün üzərinizə əlavə tapşırıqlar qoyulursa, “yox” deməyi öyrənmək lazımdır. Müasir vəziyyət belədir ki, sizin üzərinizə saysız-hesabsız vəzifələr qoymaq istəyirlər. Biz həm mühasiblər, həm maliyyəçilər, həm hüquqşünaslar, həm kadrlar əməkdaşı, həm avtomatlaşdırıcılar, həm katibələr və həm də iqtisadçılarıq. Mühasibat və vergiyə xas olmayan funksiyaları işlər siyahınızdan dəyişməyə və silməyə çalışın. Qoy kadrlarla kadr üzrə mütəxəssilər, sənədlərlə katibələr məşğul olsunlar. Məsələn, CZV-TD formasını (pensiya fonduna aylıq hesabat) tam şəkildə kadrlar şöbəsinə vermək olar.
-Delay (“təxirə salmaq”) - əgər tapşırıq geniş həcmlidirsə və ya icrası dərhal tələb olunmursa, onu təxirə də salmaq olar. Məsələn, SZV-M formasını (sığorta olunmuş şəxslər barədə pensiya fonduna aylıq hesabat) əgər bu gün üçün təhvil vermək lazım deyilsə, başqa bir günə də təxirə salmaq olar. Bu 52 dəqiqəni diqqət tələb edən hesabatın hazırlanmasına sərf edin, həmin formanı isə sonra doldurarsınız.
4D metodu bizim mühasibat peşəsinə uyğun gəlir. Xüsusilə baş mühasibə, çünki problemlər çoxdur və onları həmin dörd kateqoriyaya bölmək olar.
Tarix : 20.05.2021
Baxışların sayı: 19084