Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib daim trenddə necə ola bilər? (1-ci hissə)

Mühasib daim trenddə necə ola bilər? (1-ci hissə)

Mən artıq yaxşı peşə təhsilinin və daimi ixtisasartırmanın mühasibdən ötrü nə qədər vacib olduğu barədə yazmışam.

Nələri öyrənməli olduğunuzu, bacarıqlarınızla bağlı nələri inkişaf etdirəcəyinizi anlamaq üçün bu sualın cavabını bilməlisiniz:

“Mən öz həyatımda, öz peşəmdə nələrə nail olmaq istəyirəm və bundan ötrü mənə nə lazımdır?”

Bu suala cavab öz daimi tədris sisteminizi düzgün qurmaqda sizə kömək edəcəkdir.

Ali təhsil müəssisəsinin tələbəsi (“mühasibat uçotu və audit” ixtisası üzrə), mühasib-stajçı, mühasib-mütəxəssisdən ötrü bunun öz xüsusiyyətləri, tələbləri və şəxsi faydaları olacaq.

Lakin, əgər bu peşədə yüksək bir mövqe tutmağa can atırsınızsa və ya belə bir mövqeyə artıq çatmısınızsa, sizdən ötrü bunlar zəruridir:

• çalışdığınız biznes sahəsinin bütün prosesləri barədə mükəmməl məlumat;

• peşəkar komandan necə yaratmaq barədə biliklər;

• düzgün idarəetmə qərarları vermək üçün peşəkar mühakimə bacarıqları;

• danışıqlar aparmaq və mövqelərinə inandırmaq bacarığı;

• mühasibat sisteminin təşkili və təkmilləşdirilməsi, büdcəqurma bacarıqları.

Tarix : 07.12.2021

Baxışların sayı: 11095