Menyu

Keçid edin

Daxil ol

Daxil ol / Qeydiyyat

Favoritlərim

Hələ elan saxlanmayıb

Açıq tema

Görünüş rejimi

İş elanı yerləşdir
İş elanı yerləşdir

Mühasib peşəsinin rəqəmsal iqtisadiyyatda perspektivləri (1-ci hissə)

14.10.2021 15721 baxış

Mühasib peşəsinin rəqəmsal iqtisadiyyatda perspektivləri (1-ci hissə)



Gündən-günə yeni texnologiyalar ictimai həyatın getdikcə daha çox sahələrinə nüfuz edir. Mühasibat işi də istisna təşkil etməyib, indi informasiya texnologiyaları birbaşa mühasib peşəsi ilə əlaqələndirilir.



Bununla əlaqədar olaraq, bir çox iqtisadçılar mühasib peşəsinin yoxa çıxacağını proqnozlaşdırırlar və mühasib peşəsinin yoxa çıxmasına gətirib çıxaran bir sıra səbəbləri misal gətirirlər:



– mühasiblər baha başa gəlir;



– maşınlar insanlardan daha keyfiyyətli işləyir;



– mühasib peşəsi sağlamlıq üçün təhlükəlidir.



Bunlar daha geniş yayılan üç səbəbdir, lakin, onlar ən inandırıcı səbəblər deyil və hər biri ətrafında mübahisə etmək olar.



Heç bir mühasibin olmadığı istənilən bir müəssisəni təsəvvür edək. Aşağıdakı suallara cavab verməyə çalışaq:



 – Hesabları kim həyata keçirəcək və ödənişləri kim qəbul edəcək?



–  Maaşları kim hesablayacaq?



– İnventarlaşdırmanı kim həyata keçirəcək?



Kompüter texnologiyaları mühasiblərin əməyinə güclü təsir göstərəcək, məlumatların sistemləşdirilməsi, ümumiləşdirilməsi, yığılması üzrə ən sadə əməliyyatlar kompyuterlərə keçib, mühasibat hesabatlarının formalaşdırılması isə mühasibin iş vaxtı üçün əhəmiyyətli pay tutmağı dayandırıb.



Təcrübə göstərdi ki, avtomatlaşdırma mühasibat işinin proseslərin optimallaşdırılması, vəziyyətin qiymətləndirilməsi və qərarların qəbul edilməsi, maliyyə və iqtisadi proseslərin idarə edilməsi ilə bağlı olan hissəsinə toxunmadı.

Oxşar məqalələr

Maliyyə və mühasibat sahəsindən məqalələr

Hamısı →