Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib – bu necə peşədir (6-cı hissə)

Mühasib – bu necə peşədir (6-cı hissə)

Peşənin təsviri, müsbət və mənfi tərəfləri

Mühasib – bu, tələb olunan peşədir. Nə qədər zaman keçsə də, dünya nə qədər dəyişsə də, iqtisadi münasibətlər mövcud olduqca, mühasiblərə də ehtiyac duyulucaq.  Şübhəsiz ki, bu peşənin üstünlükləri olduğu kimi çatışmazlıqları da yox deyil. Gəlin bütün bunlar haqqında, eləcə də mühasib peşəsinə necə yiyələnmək barədə danışaq.   

Zəruri bacarıqlar və keyfiyyətlərin təsviri

Maddi dəyərlərin nizama salınmasına və maddi dəyərlərin hərəkət uçotuna ehtiyac günbəgün artır, nəticə etibarilə, iqtisadiyyatın maliyyə sahəsində olan işçilərə – mühasiblərə tələbat da artır.

Mühasib peşəsi əmək bazarında ən populyar və vacib peşələrdən biri olmuşdur və bundan sonra da olacaqdır.

İstənilən şirkətin ştatında mütləq mühasib vəzifəsi var, iri konsernlərdə isə hətta bütöv mühasibat xidmətləri var ki, orada əməkdaşlar konkret sahə işləri ilə məşğul olurlar.

Peşənin tarixi:

Mühasib – bu, ən qədim peşələrdən biridir. Sözügedən sahə üzrə mütəxəssislərə artıq Qədim Hindistanda rast gəlinirdi, onlar kənd təsərrüfatı istehsalı sahəsində uçotun aparılması ilə məşğul olurdular. Dörd-beş yüz il əvvəl çap nümunəsində ilk kitablar nəşr olunurdu və onların içində mühasibat uçotu üzrə ilk kitab – “Hesablar və qeydlər barədə traktat”ı qeyd etmək olar ki, onun da müəllifi həmin dövrün məşhur riyaziyyatçısı Luka Paçoli idi.

Mühasib vəzifəsi Rusiyada ilk dəfə 18-ci əsrdə I Pyotrun israrı ilə tətbiq olunmuşdu. Almancadan “buxqalter” termini “kitabşünas” kimi tərcümə edilirdi, çünki keçmiş vaxtlarda malların və maliyyə vəsaitlərinin daxil olması və xərclənməsi xüsusi kitabçaya yazılırdı.

Peşənin xüsusiyyətləri:

Bu mütəxəssislərin işi müxtəlifdir. Onlar şirkətin bütün maliyyələrini nəzərə alır, müştərilər və təchizatçılarla hesablaşmalar aparır, şirkətin işçilərinə maaş verir və s.

Böyük təşkilatlarda baş mühasib vəzifəsi də var və o, hesabatın düzgün aparılmasını və vaxtında təqdim olunmasını izləyir.

Tarix : 07.10.2021

Baxışların sayı: 15618