Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

Mühasib – bu necə peşədir (5-ci hissə)

Mühasib – bu necə peşədir (5-ci hissə)

 Peşənin təsviri, müsbət və mənfi tərəfləri

Mühasib – bu, tələb olunan peşədir. Nə qədər zaman keçsə də, dünya nə qədər dəyişsə də, iqtisadi münasibətlər mövcud olduqca, mühasiblərə də ehtiyac duyulucaq.  Şübhəsiz ki, bu peşənin üstünlükləri olduğu kimi çatışmazlıqları da yox deyil. Gəlin bütün bunlar haqqında, eləcə də mühasib peşəsinə necə yiyələnmək barədə danışaq.  

Mühasib. Peşənin təsviri. Mühasib kimdir.

Beynəlxalq mühasiblər təşkilatı tərəfindən qəbul edilmiş standartlara uyğun olaraq, aşağıdakı peşələr “peşəkar mühasiblərə” aiddir: baş mühasib, auditor, maliyyə direktoru və vergi məsləhətçisi.

Mühasibin əsas fəaliyyət sahəsi-mühasibat və vergi uçotunun təşkili və aparılması, resurslardan qənaətlə istifadə olunmasına nəzarət, müəssisənin mülkiyyətinin mühafizəsi. Onun vəzifələri müxtəlifdir və iş yerindən asılıdır: bir qayda olaraq onlar şirkətlərdə və müəssisələrdə tələb olunur.

Firmada mühasib vergiləri vaxtında və düzgün ödəməli, şirkətin dövlət orqanları və mülkiyyətçiləri qarşısında hesabat verməli, təşkilatın müştəriləri və tərəfdaşları ilə iş təşkil etməli, müəssisənin maliyyə vəziyyətini izləməlidir. Təşkilat kiçik olduqda isə o, tək işləyir və bütün iş prosesi üçün tam məsuliyyət daşıyır.

Müəssisələrdə mühasiblər müxtəlif istiqamətlər üzrə işləyirlər: kassa, əsas vəsaitlər, valyuta əməliyyatları, əmək haqqının hesablanması, anbar və s..

Belə bir mütəxəssis mühasibat uçotu strukturunda işləyir, bu işlərin aparılmasına isə baş mühasib cavabdehdir. Bir qayda olaraq, mühasibatlıq ayrıca bir otaqda yerləşir və bir neçə işçini əhatə edir – onların sayı müəssisənin və ya şirkətin ölçüsündən asılıdır. Şöbədə bir neçə mühasib, məsələn, əmək və əmək haqqının uçotu üzrə mühasib, vergi hesabatı üzrə mühasib, kassirlər, inventarlaşdırma üzrə texnik, auditorlar, mühasib-müfəttişlər, hüquq məsləhətçiləri və hətta proqramçılar işləyə bilərlər.

Mühasibatlıqda bir çox qovluqlar, hesabatlar, uçot kitabları və dəftərxana ləvazimatları olur. Lakin, mühasibin ən başlıca aləti – fərdi kompüterdir. Xüsusi proqramlarda (məs, 1C Mühasibatlıq) mühasib hesablama aparır və bütün məlumatları mühafizə edib saxlayır. Ona görə “İqtisadiyyatda tətbiqi informatika”ixtisasını bitirmiş əməkdaşlar daha çox dəyərləndirilirlər.

Mühasibatlığın işinə bir tərəfdən işəgötürən, digər tərəfdən Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin fərman və qərarları ilə ciddi nəzarət olunur.

Tarix : 04.10.2021

Baxışların sayı: 15985