Kateqoriya
Axtarış
Axtarış

Kateqoriya

Alt kateqoriya

Şəhər

Cins

İş təcrübəsi

Təhsil

Maaş

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (1-ci hissə)

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? Nəzərdən keçirilməli səbəblərin top-yeddiliyi (1-ci hissə)

1. Maliyyə ilə bağlı iş yerlərində ödənişlər yaxşıdır və buna böyük tələbat var

Müasir dünyada və iqtisadiyyatda hər kəs maliyyə strategiyalarından və prinsiplərindən asılıdır. Kiçik startaplardan iri korporasiyalara, balaca dükanlardan beynəlxalq supermarket şəbəkələrinə, hüquq firmalarından sığorta şirkətlərinə qədər, onların hamısı maliyyəyə ehtiyac duyur və bu sahədə ekspertlərə böyük pul ödəməyə hazırdırlar.

Məsələn, ABŞ-da əmək statistikası Bürosunun məlumatları növbəti 9-10 il ərzində maliyyə analitiklərinə tələbatın 5%, maliyyə menecerlərinə tələbatın isə 15% artacağını göstərir. Orta əməkhaqqı da çox yüksəkdir, maliyyə işinin növündən və iş təcrübəsindən asılı olaraq, illik 81 000 ABŞ dollarından 129 min dollara kimi təşkil edir.  

2. Uğurlu həyat üçün maliyyə təhsili mühüm əhəmiyyət kəsb edir

Gəlin həqiqətin gözünə dik baxaq: bilik – bu gücdür və kapitalist dünyasında sizin maliyyə bilikləriniz nə qədər çoxdursa, bir o qədər yaxşıdır. Ən azından, nəzəriyyədə belədir.

Çünki maliyyə, pul və investisiya anlayışı eyni şeydir. Ancaq, bu biliklərin tətbiqi, risk, səhv etməyə hazır olmaq, pulları itirmək və hər şeyi yenidən başlamaq – iş şəxsi maliyyəyə gəldikdə, uğur və uğursuzluq arasındakı fərq, bax, budur.


Kadrların seçiminin müasir kriteriyaları və metodları


Gələcək maliyyəçi-tələbə olaraq, imkan daxilində sizə kömək edə biləcək bütün mümkün kursları və prinsipləri öyrənin:  

• Pulun istənilən bir qərarı emosional etmək üçün bir üsul olduğunu anlayın;

• Aktivlər (pulları cibinizə qoyur) və passivlər (pulları cibinizdən çıxarır) arasındakı fərqi anlayın;

• Pula qənaət etməyi öyrənin və fövqəladə hallar, uşaqların təhsili, səyahət, pensiya və s. üçün ayrıca büdcələrə sahib olun;

• Necə və nəyə investisiya edəcəyinizi öyrənin.

Bu maliyyə anlayışlarına yiyələnmək və onları həyatınıza tətbiq etməklə, pulunuzun hesabını aparmaq, lazımsız xərcləri azaltmaq və yavaş-yavaş maliyyə müstəqilliyinə doğru irəliləmək sizin üçün çox asan olacaq – bu, çox az adamın əldə edə biləcəyi bir arzudur.

Tarix : 22.02.2022

Baxışların sayı: 4598